Qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur - SN
Qızılcaya yoluxmuş uşaqlarda quru öskürək ola bilər və bu 10 günə yaxın davam edə bilər.
Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun infeksionisti Səbinə Cəfərova deyib.
Həkim bildirib ki, xəstələr 5, ağırlaşma hallarında isə 10 gün təcrid olunmalı, təxminən 20 gün kollektivə daxil olmamalıdırlar:
“Xəstələrin olduğu otaqların havası tez-tez dəyişdirilməlidir. Qızılcanın spesifik müalicə üsulu yoxdur. Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir”.
İnfeksionist deyib ki, uşaqlar qızılcaya yoluxduğu zaman təcrid olunaraq müalicə olunmalıdırlar. O həmçinin bildirib ki, qızılcaya yoluxmadan 72 saat sonra peyvənd vurularsa, ağırlaşmanın qarşısını almaq olar.
Digər Xəbərlər
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

