"Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO
Vaxtilə erməni separatçı rejimi tərəfindən talanan "Qızılbulaq" yatağı Azərbaycan Ordusunun nəzarətinə keçib.
Adalet.az-ın məlumatına görə, bununla bağlı video görüntülər yayılıb.
Görüntülərdə hərbçilərimizin "Qızılbulaq" mis-qızıl yatağına daxil olduğu əks olunur.
Qeyd edək ki, Azərbaycanın təbii sərvətlərinin böyük bir hissəsi erməni separatçaları tərəfindən talanıb, ekoloji fəlakət törədilib. Onlar faydalı qazıntı yataqlarımızın, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarını həyata keçiriblər.
Xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların genişlənməsi müşahidə olunub.
Digər Xəbərlər
10 Sentyabr 2026 11:11
XRİTDX-nin nümayəndəsi beynəlxalq kibertəhlükəsizlik tədbirində çıxış edib
10 Sentyabr 2026 11:01
“Əgər sübut təsdiqlənərsə, bu nəticə suyun...”
09 Sentyabr 2026 19:20
DİN-in yeni vəzifəsi müəyyənləşdi
09 Sentyabr 2026 19:11


Bakı -°C

