Qızıl qala meşəliyində yanğın oldu - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızıl qala meşəliyi adlanan mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı yaşayış evləri və kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 3 ha sahədə əsasən xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanıb. Yaşayış evləri, kommunikasiya xəttləri və meşə zolağı yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra orqanı iştirak edib.
Digər Xəbərlər
30 Aprel 2026 19:40
Onkologiya Mərkəzindəki partlayışı həkimi öldürmək istəyən xəstə törədib - Cinayət işi başlandı
30 Aprel 2026 17:00
“Övladım həmin gün evdə…” - Hamamda zəhərlənən 14 yaşlı qızın anası danışdı - VİDEO
30 Aprel 2026 15:47
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən və xəsarət alan var
30 Aprel 2026 11:55


Bakı -°C

