Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi
Azərbaycan millisinin Pekin-2022 Qış Olimpiya Oyunlarındakı bayraqdarı müəyyənləşib.
Adalet.az xəbər verir ki, bu məlumatı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlayıb.
O, MOK-un Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr olunan təqdimat mərasimində bayraqdarın adına aydınlıq gətirib. Hüseynzadə bildirib ki, Çinin paytaxtında Azərbaycan bayrağını Vladimir Litvintsev daşıyacaq.
MOK rəsmisinin sözlərinə görə, Azərbaycan yığması Çinin paytaxtına 10 nəfərdən artıq nümayəndə heyəti ilə yollanacaq.
Tədbirdə yığmamızın rəsmi forması da nümayiş etdirilib.
Digər Xəbərlər
06 Yanvar 2026 15:52
İngiltərəli futbolçu Arda Turanın viski aludəçisi olduğunu açıqladı
05 Yanvar 2026 18:41
"Borussiya"nın futbolçusu bu kluba keçdi - RƏSMİ
05 Yanvar 2026 18:32
"İmarət"in tikintisinə 60 milyondan çox vəsait AYRILDI
05 Yanvar 2026 17:20


Bakı -°C

