Qırğızıstandakı tədbirə görə 2 nəfər saxlanıldı - SƏBƏB
Qırğızıstanda keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimi üçün bilet satışında fırıldaqçılıq faktı aşkarlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları İssık-Kul regional daxili işlər şöbəsinin əməkdaşları ilə birlikdə Çolpon-Ata şəhərində 2006-cı il təvəllüdlü M.D.S. və 2005-ci il təvəllüdlü Ş.İ.S. adlı Qırğızıstan Respublikası vətəndaşlarını saxlayıblar.
Həmin şəxslər "Threads" sosial şəbəkəsində VI Dünya Köçəri Oyunlarının açılış mərasimi üçün biletlərin satılması ilə bağlı elan yerləşdiriblər, lakin biletlərin satış üçün nəzərdə tutulmadığı müəyyən edilib.
Vətəndaşlardan elektron köçürmələr vasitəsilə vəsait alındıqdan sonra alıcılara biletlər verilməyib.
Bu faktla bağlı məlumatların qeydiyyatı jurnalında müvafiq material qeydə alınıb.
İstintaq davam edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti də daxil olmaqla, bir çox liderlər Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin ŞƏT+ formatında iştirak etmək üçün Bişkekdə toplanacaqlar.
Liderlərin VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etməsi də planlaşdırılır.
Digər Xəbərlər
31 Avqust 2026 10:35
ABŞ Hörmüzü minalamağa hazırlaşan SEPAH-a zərbə endirdi
31 Avqust 2026 10:13
Pezeşkian Qırğızıstana səfər edib
31 Avqust 2026 09:30
ABŞ onlara qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək?
31 Avqust 2026 09:17
Tramp: Kanada ABŞ-ni onilliklərdir soyub
30 Avqust 2026 17:12
Şimali Kiprdə sərnişin gəmisi batdı: 7 nəfər ölüb, 237 nəfər xilas edilib - YENİLƏNİB
30 Avqust 2026 16:15
6 yaşlı qız 3 gün dağıntılar altında qaldı - Xilas edildi - VİDEO
30 Avqust 2026 13:10
Xamenei bütün müsəlmanları ABŞ-yə qarşı birləşməyə ÇAĞIRDI
30 Avqust 2026 12:16


Bakı -°C

