Sabiq icra başçısı İslam Rzayev ilə bağlı yeni qərar
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Adalet.az xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətə uzadılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.
İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib./apa
Digər Xəbərlər
31 Avqust 2026 11:59
Kamran Əliyev çinli həmkarı ilə görüşdü
31 Avqust 2026 11:38
BDYPİ-dən sürücülərə xəbərdarlıq: Yağışlı havada sürəti azaldın!
31 Avqust 2026 10:30
Yasamal sakinlərinin diqqətinə: İşıq 3 saatlıq kəsiləcək
30 Avqust 2026 19:11
Yol polisi sürücülərə müraciət etdi
30 Avqust 2026 17:24
Zorla ərə verilən 17 yaşlı qız cehiz alınarkən qaçdı
30 Avqust 2026 15:54
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
30 Avqust 2026 09:07
Rəsmi iş yeri olanlar hərbi xidmətdən möhlət ala bilər? - AÇIQLAMA
29 Avqust 2026 21:40


Bakı -°C

