Tramp: Kanada ABŞ-ni onilliklərdir soyub
ABŞ Prezidenti Donald Tramp Kanada avtomobillərinin, ehtiyat hissələrinin və digər Kanada məhsullarının ABŞ-yə idxalını istəmədiyini bildirib və Ottavanı ölkəsini onilliklər ərzində istismar etməkdə günahlandırıb.
Adalet.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
ABŞ lideri Kanadadan avtomobil, ehtiyat hissələri və ümumiyyətlə heç bir məhsul istəmədiyini qeyd edib. O, Kanadanın ABŞ-ni “onilliklərdir soyduğunu” və bunun sona çatmasının vaxtının gəldiyini yazıb.
Tramp həmçinin Kanada hökumətini münasibətdə olduğu bir çox ölkənin rəhbərləri arasında ən pis adlandırıb.
ABŞ prezidenti eyni paylaşımda tətbiq etdiyi tariflərin ölkənin avtomobil sənayesini dirçəltməyə və xilas etməyə imkan verdiyini bildirib.
Digər Xəbərlər
31 Avqust 2026 09:30
ABŞ onlara qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək?
30 Avqust 2026 17:12
Şimali Kiprdə sərnişin gəmisi batdı: 7 nəfər ölüb, 237 nəfər xilas edilib - YENİLƏNİB
30 Avqust 2026 16:15
6 yaşlı qız 3 gün dağıntılar altında qaldı - Xilas edildi - VİDEO
30 Avqust 2026 13:10


Bakı -°C

