adalet.az header logo
  • Bakı -°C
31 Avqust 2026 10:35
61
DÜNYA
A- A+

ABŞ Hörmüzü minalamağa hazırlaşan SEPAH-a zərbə endirdi

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələrinə endirilən Amerika zərbələrinin "təcavüz aktı" olması barədə bəyanatlarını yalan adlandırıb.

Adalet.az xəbər verir ki, komandanlıq bununla bağlı müvafiq bəyanatı "X" sosial şəbəkəsində yayıb.

CENTCOM-dan bildirilib ki, ABŞ qüvvələri komandanlığın iddiasına görə, Hörmüz boğazında birbaşa təhlükə yaradan SEPAH bölmələrinə "məhdud və nöqtəvi zərbə" endirib.

"İran təhlükə yaradıb, ABŞ hərbçiləri isə mülki dənizçiləri, ticarət gəmiçiliyini və qlobal ticarətin sərbəst hərəkətini qorumaq üçün təhdidi aradan qaldırıb", - bəyanatda deyilir.

Daha əvvəl ABŞ hərbçiləri Hörmüz boğazındakı Larak adasında yerləşən iki raket qurğusuna zərbə endirib. ABŞ-nin məlumatına görə, SEPAH həmin qurğularla dəniz minaları olan raketləri buraxmağa hazırlaşırdı.

Zərbədən sonra İran İordaniyadakı ABŞ hərbi obyektlərinə raket hücumu edib. ABŞ tərəfinin məlumatına görə, raketlərin əksəriyyəti ələ keçirilib.