adalet.az header logo
  • Bakı -°C
31 Avqust 2026 10:42
64
SİYASƏT
A- A+

Dövlət başçısı Şimali Kiprin Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı verib.

Adalet.az xəbər verir ki, başsağlı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"