adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Avqust 2014 20:47
5393
SİYASƏT

QHT-lər beynəlxalq fondun qərəzli bəyanatına qarşı

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu "Azərbaycandatanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi” barədə yaydığı bəyanat ciddietiraza səbəb olub. Vətəndaş Cəmiyyətinin bir sıra üzvləri bununla bağlı etiraz bəyanatı qəbuledib. 

"Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlının  yaydığı bəyanatda qeydolunur ki, həmin bəyanatda Leyla Yunus, Arif Yunus Rəsul Cəfərovun həbsləriniAzərbaycan hökümətinin represiyası kimi təqdim edilir və bu qınalınır: "Biz birbirlik olaraq bəyan edirik ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumununyaydığı bu bəyanat birbaşa Azərbaycan qanunlarına olan hörmətsizlikdir və busiyasi xarakter daşıyır. Hal-hazırda adı çəkilənşəxslərin istintaqı gedir və bunlara qarşı olan ittihamlar vətənə xəyanət vəvergidən güllü miqdara yayınma maddələridir. İstintaqın getidiyi bir dövrdə beləbir bəyanatla çıxış etmək istintaqa təzyiq xarakteri daşıyır. Bütün bunlara qətişəkildə etiraz edirik və VCF tərəfindən müdafiə olunmasını dair etiraz məktubunuqurumun Katibliyinə göndərilməsini məqsədəmüvafiq hesab edirik. Birliyin bəyanatınınəzərdən keçirməyi xahiş edirik”.

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədriİlqar Orucovun yaydığı bəyanatda təşkilatın qəzətli mövqe tutması pislənilir:"1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyətin varisi elan edən müstəqil AzərbaycanRespublikası hüquqi dövlət prinsiplərinə sadiqliyini həmişə nümayişetdirmişdir. Təəssüflər olsun ki, ölkəmizin inkişafını istəməyən, Azərbaycanınregionda əsas söz sahibi olaraq böyük və barışılması zəruri olan gücə çevrilməsindənnarahat olan bəzi beynəlxalq təşkilatlar ölkəmizin imicinə kölgə salmaqlaqısqanc münasibətlərini bu formada ifadə edirlər. Azərbaycan iyirmi illik müstəqilliyidövründə insan hüquq və azadlıqlarının qorunması, demokratik dəyərlərin bərqərarolunmasında sıcrayışlı bir yol keçə bilmişdir. Və qanunların hamı üçün bərabərolduğu hüquqi bir dövlət qura bilmişdir. Biz birmənalı olaraq ölkəmizdə hansısabir vətəndaş cəmiyyəti liderinin həbsini siyasi sifariş hesab etməyin əleyhinəyik.Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində kifayət qədər uğurlarvar və zaman-zaman bu sahədə hüquqi islahatlar həyata keçirilir. Həbs olunan vətəndaşcəmiyyəti nümayəndələrinin əməlində konkret cinayət tərkibinin olması səbəbindənsaxlanılmaları hüquq mühafizə orqanları tərəfindən bəyan edilmiş və qanunun tələbiilə məsələlərə aydınlıq gətirilmişdir. Bir neçə şəxs barəsində isə istintaq hərəkətləridavam etdirilir. Sual olunur: əgər hər hansı Avropa dövlətində şəxs və ya şəxslərtərəfindən və ya hansısa qeyri-hökumət təşkilatı tərəfindən qanunun tələbipozulursa o zaman hansı addımlar atılır? Qanun qarşısında istisnalar mümkündeyil və hər kəs konkret əməlinə görə məsuliyyət daşımalıdır. Əminik ki, 6avqust 2014-cü il tarixində Şərq Tərəfdaşlığı Vətəndaş Forumu tərəfindən "Azərbaycandatanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi” barədə bəyənatıza iradımızı qəbuledəcəksiz”.