adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Aprel 2024 18:09
707
SİYASƏT

Ermənistan Rusiyaya "şok":"Rusiyadan imtina edib, yeni AES-i  ABŞ-la tikəcəyik "

Xatırlayırsınızsa, ötən ilin dekabrında Rusiyanın “Rosatom” dövlət şirkəti və Ermənistan hökuməti arasında Metsamor AES-in istismar müddətinin 2036-cı ilə qədər uzadılması haqqında saziş imzalandı.


“Rosatom”un məlumatına görə, Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bu barədə razılıq əldə olundu.
Sənədi Metsamor AES-in baş direktoru Eduard Martirosyan və “Rosatom”un layihələr üzrə direktoru Yuri Sviridenko imzaladılar.
“Rosatom” Ermənistan AES-in modernləşdirilməsinin birinci mərhələsinin müsbət nəticələrini nəzərə alaraq, stansiyanın 2036-cı ilə qədər səmərəli və təhlükəsiz işləməsinə təminat verdi.

Ötən ay isə Ermənistanın baş nazir Nikol Paşinyan Brüsseldə keçirilən beynəlxalq nüvə enerjisi sammitində çıxışı zamanı dedi ki, Ermənistan Metsamor Atom Elektrik Stansiyasının (AES) yeni enerji blokunu indikinin istismar müddətinin sonuna - 2036-cı ilə qədər istifadəyə vermək niyyətindədir. Amma bundan cəmi bir neçə gün sonra situasiya dəyişib. Beləki, Ermənistan AES- in baş direktoru Eduard Martirosyan deyib ki, bizdə belə müzakirə getmir və Ermənistanın özünün yeni enerji blokları tikməyə vaxtı olacaq. Bu, faktiki Rusiyanın təklifindən imtina edilməsi deməkdir.
Rusiya bu açıqlamadan sonra “şok” vəziyyətinə düşsə də imtina səbəbini axtarmağa ərinməyib.

Məlum olub ki, bu gün Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan məlumat yayıb və məlumata deyilir ki, Ermənistanda yeni AES-in tikintisi ilə bağlı texniki-iqtisadi tədqiqatlar aparılır:” Amerika təşkilatları da bu prosesdə iştirak edir.Ekspertiza hansı texnologiyanın və hansı gücə malik elektrik stansiyasının respublika üçün daha səmərəli və iqtisadi cəhətdən sərfəli olacağını anlamağa imkan verəcək”.
Deyəsən ABŞ-ın aprelin əvvəlində atom enerjisinin inkişafı və enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Ermənistana dəstək verməyə hazır olduğunu bildirməsi Ermənistanı Rusiya əleyhinə növbəti bir addım atmağa vadar edə bilib.


Əntiqə Rəşid