adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Iyun 2019 17:08
40528
ƏDƏBİYYAT

Qəşəm İsabəyli: Allah və İnsan

(əfsanə)

İnsanlar heyvani dövrlərində dahaxoşbəxt idi.

Biri var idi, biri yox idi, bir"Var” var idi, bir də"yox”.

"Var” – Allah idi, "yox” – insan.

Qalan heç nə "var”-"yox”dansayılmaz­dı.

Allah elə böyük idi, elə böyükidi, qurd da bilir­di, Allahdı bu, quş da bilirdi Allahdı bu.

İnsan elə balacaydı, eləbalacaydı, hətta sət­­rin başında belə adını balaca hərflə yazardı. O da varki, insan naşü­kür deyildi – Allahın böyük­lüyünü də görürdü, özünün kiçik­liyinidə. Çünki təzə yağan qardan da təmiz idi – danışanda do­daq­larında sözügörünürdü, gü­ləndə gülüşü.

Allahın heç kimlə ortaqlı malıolmazdı. Am­ma insanda Allahın balaca bir varlığı zühur eləmişdi. Bu, insanınağlı idi. Ağlı olmasaydı, Allahlıq eş­qinə dü­şərdi insan.

Bütün günü də əli işdə olardı,ayağı köç­­də. Gün batan kimi də başını atıb ya­tardı.

Axı Allah boş-bekar dayanmazdı –bir əli ya­­ra­dardı, bir əli dağı­dardı.

Allahın şəninə söz də qoşmuşduinsan:

Verən – Sənsən, alan – Sən,

Heç bilməzsən yalan – Sən.

Gah bir otaq bəzərsən,

Gah salarsan talan – Sən!

Günlərin birində Allah sakitcəoturduğu yerdə yadına nə düşdüsə, gülümsədi. Lap fik­rim­dən çıx­mış­­dı, Allahbir gülüm­səmək bilirdi, bir də düşün­mək. Gülümsəyəndə Yer-Göy nura bo­ya­nırdı.Dü­şün­məyə başlayan kimi də dünya-aləm batıb bulanırdı qa­ran­lığa.

Hər şeyə qadir Allah bircəağlamağı bacarmazdı.

Köhnə kitablardan oxuduğumdanbilə­rəm – dünyanın sonunda – yaradıb-qur­duq­ları­nın dağılıb getdiyinigörəndə ağlayacaq, deyirlər, Allah!

Bəli, Allah xəyala gedib,gülümsəyən kimi, bir dəs­tə insan ağlını itirib, həmcinsindən ay­rıldı.

Baş­la­rı­nı silkələyə-silkə­ləyə–

Biri ulayıb, girdi çoxluğa.[1]

Biri mələyib, qoyun sürüsünətəpdi özünü.

Biri hürüb, itə qoşuldu.

Biri kişnəyib, at ilxısınasoxuldu.

Biri anqırıb, özünü verdi ayıkahasına.

Biri vəkkildəyib, tülkü oldu...

Gəl ki...

Çoxluq insanı parçalayıb yedi.

Qoyun kəllələyib çıxartdısürüdən. Bayaq qar­ğa-quzğun töküldü üstünə.

İt leşini dartdı.

At təpiyinin altına saldı.

Ayı elə...

Tülkü belə...

Bu yandan da insanın başındançıxan ağlı düş­dü dünya üzünə – gəzdi... gəzdi... gəzdi...

Biri gedib girdi itin kəlləsinə,it "hammm” elə­yib, dönüb oldu insan.

Biri gedib girdi atın kəlləsinə,at "hi-ha” deyib, dönüb oldu insan.

Qurd "uuu...” eləyən kimi düşdüinsan cildinə.

Qoyun bu yandan...

Ayı o yandan...

Tülkü də...

Bayaqdan insan xalis insan idi,indi qo­yun­dan insanı oldu, atdan insanı oldu, itdən insanı oldu, qurddan...ayıdan... tülküdən...

İnanmaq üçün sadəcə insanlarınsifətinə diqqətlə bax­maq lazımdı.

Day güləndə gülüşü gördünmədi insanın,da­nı­şanda sözü.

Adını da başladı böyük hərfləyazmağa: – İnsan – Allah.



[1]Canavar sürüsü (müəl.)