Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başa çatır
Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır.
DİM-dəm Adalet.az-a verilən məlumata görə, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
29 aprel saat 09:15-ə olan məlumata əsasən I ixtisas qrupu üzrə 32946, II ixtisas qrupu üzrə 27405, III ixtisas qrupu üzrə 27543, IV istisas qrupu üzrə 6403 olmaqla, ümumilikdə isə 94297 abituriyent qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Qeyd: Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.
Digər Xəbərlər
28 Aprel 2026 14:41
Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə növbəti elmi konfrans keçirilib
28 Aprel 2026 13:19
Azərbaycanlı şagird dünya birincisi oldu
28 Aprel 2026 12:52
5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
28 Aprel 2026 12:50
Attestatlar elektron formada təqdim olunacaq
28 Aprel 2026 12:21
Şagirdlərin 1-ci sinifə elektron qəbulu bu tarixdə başlayır
28 Aprel 2026 12:21
Müəllimlərin sertifikasiya imtahanının keçiriləcəyi tarix açıqlandı
28 Aprel 2026 11:05
90 minə yaxın şəxs qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçib
27 Aprel 2026 13:24


Bakı -°C

