adalet.az header logo
  • Bakı -°C
29 Aprel 2026 10:55
66
HADİSƏ
A- A+

Kolbasadan yad cism çıxdı...

Vaxtı ilə Bakının dükan və mağazalarında çox dadlı və keyfiyyətli kolbasa, sosiska satılardı. Və adam onu yeyəndə dadından doymaq  bilmirdi. Üstəlik də həmin məhsulları istehsal edən  müəssisələrin , istehsalat sahələrinin  üzərində ciddi nəzarət var idi.

Hətta bütün mağazalardan  Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar həkimləri həmin məhsullardan nümunə götürər, analiz edər və keyfiyyətsiz məhsullar bir neçə saatın içində satışdan cıxarılardı. Amma indi kolbasa  və sosiska istesalı sahəsində çox böyük nöqsanlar mövcuddur və həmin nöqanlar da uzun müddətdir ki, aidiyyəti qurumlar tərəfindən aradan qaldırılmır! İndi demək olar ki, əhali də əvvəlki kimi bu məhsulları bir o qədər də almır.

Çünki əksər kolbasalar və sosiskar keyfiyyətli deyil! Bununla yanaşı, mənşəyi bilinməyən və keyfiyyətsiz ətdən bu məhsullar hazırlanır. Bir çox halda həmin məhsulların içərisindən yad cisimlər,hətta siçan quyruğu çıxır. Sosial şəbəkədə belə bir görüntüyə bu günlər rast gəldim.Həmin kolbasanın içindən dəmir qırıntisi çıxmışdı.

Bir çox televiziyalar isə  belə keyfiyyətsiz məhsulları reklam edirlər. Məsələn, Zaur və onun xanımı " Kral" kolbasa  və sosiskalarını çox bəh- bəhlə reklam edir. Onların nə vecinə, pulların alıb, işlərin görürlər. Görəsən, həqiqətənmi onlar bu kolbasalardan yeyirlər! Nə isə ... Tay camaatı reklamla aldatmaq olmur, çünki insanlar ağzının dadını yaxşı bilir. Kim nə istəyirsə, nə xoşuna gəlirsə, onu da gedib marketlərdən  alır!!!

Emil FAİQOĞLU