“ABŞ və İran arasında danışıqlar prosesi kuliminasiya nöqtəsindədir”
“ABŞ və İran arasında İslamabadda üzbəüz danışıqlar prosesi baş tutmadı. Xüsusilə, Tehran İslamabad danışıqlarını manipulyasiya etdi. ABŞ konkret olaraq görüşdə saziş bağlanmasını tələb edir. Danışıqlar xatirinə danışıqlara qoşulmur. D.Tramp deyir ki, İranın təklifi varsa, zəng edib desin. İran XİN rəhbəri A.Araqci Rusiyaya səfər etdi. Çin lə məsləhətləşmələr həyata keçirilir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, danışıqlar prosesi uzana bilməz:
“ABŞ İran ətrafına yeni hərbi qüvvələri toplayır. Növbəti dəfə İrana hərbi zərbələr bu ölkəni iqtisadi böhrana yuvarlayacaq. Məhz İranın Milli Təhlükəsizlik Şurasının iclasında iqtisadi böhranın dərinləşməsi xalqın etirazlarına gətirib çıxaracağından narahatlıqla bağlı idi. SEPAH rəhbərliyi prosesin çətin olduğunu qəbul etmək məcburiyyətindədir.İran tam çalışır ki, ABŞ növbəti hərbi əməliyyatlara başlamasın. İranın ABŞ növbəti təklifləri müzakirə edilir. D.Tramp ABŞ müstəqilliyi gününə kimi İran üzərində tam siyasi qələbə əldə etməyə çalışır. ABŞ və İran arasında anlaşma mümkün görünür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 Aprel 2026 10:54
“Ermənistandakı radikallar Zelenskinin İrəvana səfərinin...”
29 Aprel 2026 10:51
“Biz Azərbaycan-Türkiyə qardaşlığını göz bəbəyi kimi qorumağa...”
28 Aprel 2026 19:46
Radikal dindarlıq və modern müharibələr... - Səxavət Məmməd yazır
28 Aprel 2026 19:27
Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü
28 Aprel 2026 17:49
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi
28 Aprel 2026 17:22
İlham Əliyev "Mədəniyyət haqqında" qanuna dəyişikliyi imzaladı
28 Aprel 2026 17:13
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə görüşdü
28 Aprel 2026 14:28


Bakı -°C

