adalet.az header logo
  • Bakı -°C
29 Aprel 2026 10:29
60
DÜNYA
A- A+

Babiş Özbəkistana da səfər edəcək

Çexiya Baş naziri Andrey Babiş aprelin 29-30-da Özbəkistanda rəsmi səfərdə olacaq.

Adalet.az  xəbər verir ki, səfər çərçivəsində Daşkənddə yüksək səviyyəli danışıqlar keçiriləcək və çoxşaxəli Özbəkistan-Çexiya əməkdaşlığının gələcək inkişaf perspektivləri müzakirə ediləcək.

Diqqət qarşılıqlı ticarətin artırılmasına, maşınqayırma, yaşıl enerji, kimya, əczaçılıq və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəldiləcək. Mədəni, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Həmçinin beynəlxalq gündəmdəki məsələlər, o cümlədən çoxtərəfli arenalarda qarşılıqlı dəstək barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində Andrey Babiş Özbəkistan-Çexiya Biznes Forumunda da iştirak edəcək.