90 minə yaxın şəxs qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçib
Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı sona yaxınlaşır.
Bu barədə Adalet.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
28 aprel saat 10:30-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 31425, II ixtisas qrupu üzrə 25867, III ixtisas qrupu üzrə 26057, IV istisas qrupu üzrə 6222 olmaqla, ümumilikdə isə 89571 abituriyent qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Qeyd edilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.
Digər Xəbərlər
28 Aprel 2026 12:52
5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
28 Aprel 2026 12:50
Attestatlar elektron formada təqdim olunacaq
28 Aprel 2026 12:21
Müəllimlərin sertifikasiya imtahanının keçiriləcəyi tarix açıqlandı
28 Aprel 2026 12:21
Şagirdlərin 1-ci sinifə elektron qəbulu bu tarixdə başlayır
27 Aprel 2026 13:24
Buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək
27 Aprel 2026 12:40
11-ci sinif şagirdləri buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaq
27 Aprel 2026 12:25
Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
27 Aprel 2026 12:24


Bakı -°C

