adalet.az header logo
  • Bakı 32°C
  • USD 1.7
24 Iyun 2022 12:52
583
MARAQLI

Qazaxıstan Tiqran Keosayanı niyə terrorçuların siyahısına saldı? - SƏBƏB

Xəbər verdiyimiz kimi 2 ay əvvəl Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq edəcəyi sanksiya paketində rusiyalı rəsmilərin və məşhurların adı yer alıb. Kremlin əsas təbliğatçıları olan ermənilərin də adı həmin sanksiya siyahısında yer alıb. Rusiyanın RT kanalının baş redaktoru qatı millətçi, separatçı fikirlərin daşıyıcısı Marqarita Simonyan, kinorejissor Tiqran Keosayan (M. Simonyanın əri –red-Ə.R.), Bakıda doğulmuş, məlum hadisələrdən sonra Moskvaya köçmüş və dəfələrlə qondarma “dqr”ə qanunsuz səfərlər edərək qanunlarımızı pozmuş jurnalist Roman Babayanın da adı siyahıda yer alıb.

Adalet.az hazırda erməni mediasının tirajladığı xəbərlərə istinadən bildirir ki, Tiqran Keosayan Qazaxıstanda terrorçularla eyni siyahıya salınıb. Ermənilər bunu Qazaxıstanın türk olması ilə bağlasa da, əslində burada erməni xəstəliyinin simptomları aşkar görünür.

Bəli, Qazaxıstanın belə qərara gəlməsinin səbəbləri var: Son bir ay ərzində Qazaxıstanın sosial şəbəkələrində rusiyalı rejissor və telejurnalist Tiqran Keosayanın qalmaqallı bəyanatı qızğın müzakirə olunur. Populyar aparıcı kəskin şəkildə, utanmadan, Qazaxıstanda Qələbə Günündə hərbi paradın ləğvini tənqid etdi, “Qazax qardaşlarına” “Ukraynaya baxmağı” və iki böyük ideyanın savaşında “qərar verib tərəf tutmağı” tövsiyə etdi. Üstəlik, üstünlük Rusiya tərəfi - əks halda RK pis vaxt keçirəcək. (Bu, onun şırıngalı çıxışının kobud və çox sivil şəkildə təkrarıdır.)

Qeyd edək ki, erməniliyinə, araqarışdırmaq, nifrət oyatmaq , dava, salmaq, qan tökmək kimi xüsusiyyətləri qarıb, sonra bundan gen –bol istifadə edən Tiqran Keosayan hələ 2020-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan barədə çox emosional danışaraq onu sərt tənqid etmişdi. Paşinyanın niyə “Artsaxı” (Dağlıq Qarabağı – red) tanımadığını, yeni silah almadığını və barışıq prosesində iştirakdan imtina etdiyini anlamadığını söylədi. O, Paşinyanın Rusiyanın Qafqazdakı təsirini artırmaq istəməyən ABŞ-a itaət etdiyini qeyd edib: “Paşinyan bir məxluq və xaindir. O, erməni xalqının yaddaşında əbədi olaraq belə qalacaq”.

Keosiyan Rusiyaya xoş gəlmək üçün tək Paşinyanı deyil, bütün erməniləri də qurban verəcək qədər rəzil biridir.

Əntiqə Rəşid