adalet.az header logo
  • Bakı -°C
07 Iyul 2026 17:02
84
GÜNDƏM
A- A+

Tbilisiyə qatar biletlərində endirim olacaq?

“Hazırda biletlərlə bağlı xüsusi endirim kampaniyalarının tətbiqi müzakirə olunmur”.

Adalet.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Satışa təqdim edilən minimal tariflər sərnişinlər üçün ən əlverişli qiymətlər hesab olunur” - o əlavə edib.

Qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gedişhaqqı 79,5 AZN,Gəncədən isə 58.20 AZN-dir.