Ərdoğan və Donald Trampın nümayəndə heyətləri arasında görüş keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla nümayəndə heyətləri arasında keçirilən görüşə rəhbərlik edib.
Adalet.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Prezident İqamətgahında Donald Trampla təkbətək görüşündən sonra tərəflər nümayəndə heyətlərinin iştirakı ilə danışıqları davam etdiriblər.
Mətbuata qapalı keçirilən danışıqlarda Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Gülər, AK Partiya sədrinin müavini və partiyanın sözçüsü Ömər Çelik, Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, MİT-in rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Prezidentin Xüsusi Katibliyinin rəhbəri Hasan Doğan, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, həmçinin Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal iştirak ediblər.
Digər Xəbərlər
07 Iyul 2026 20:52
Kanada Ukraynaya 900 milyon dollarlıq yardım paketi təqdim edəcək
07 Iyul 2026 20:44
Ərdoğan: Trampla gündəlikdə olan məsələləri həmrəyliklə həll edəcəyik
07 Iyul 2026 20:20
Tramp sanksiyaların ləğvini elan edərkən Ərdoğanın reaksiyası gündəm oldu - VİDEO
07 Iyul 2026 20:10


Bakı -°C

