Qarabağ Universitetində 27 ixtisas olacaq - SİYAHI
Ölkənin və regionun ehtiyacları, eləcə də beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə aparılacaq: Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm.
Adalet.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib.
O qeyd edib ki, 2024/2025-ci tədris ili üçün ümumilikdə 27 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.
Pedaqoji fakültədə “Riyaziyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili)”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasları üzrə tədris həyata keçiriləcək. İncəsənət fakültəsi “Musiqi müəllimliyi”, “Dekorativ-tətbiqi sənət”, “Dizayn”, “İnstrumental ifaçılıq” və “Vokal sənəti” ixtisaslarını əhatə edir. Humanitar və sosial elmlər fakültəsində “Beynəlxalq münasibətlər”, “Hüquqşünaslıq”, “Tarix” və “Psixologiya” ixtisasları üzrə kadr hazırlığı təşkil ediləcək. İqtisadiyyat fakültəsində “Beynəlxalq ticarət və logistika”, “İqtisadiyyat”, “Maliyyə”, “Menecment”, “Mühasibat”, “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları tədris olunacaq. Mühəndislik fakültəsində “Elektrik və elektronika mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı nəzərdə tutulub. Turizm fakültəsində isə “Turizm işinin təşkili ixtisası” üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığına başlanılacaq.
Rektor APA-ya müsahibəsində qeyd edib ki, universitetdə 8 ixtisas üzrə SABAH qruplarının yaradılması nəzərdə tutulub. Yerli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələr seçim prosesində uğurlu nəticələr göstərməklə, 2024/2025-ci tədris ilindən etibarən Qarabağ Universitetində “Riyaziyyat müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili), “Maliyyə”, “Mühasibat”, “Beynəlxalq münasibətlər” və “Hüquqşünaslıq” ixtisasları üzrə təşkil olunacaq SABAH qruplarında təhsillərini davam etdirə biləcəklər.
"Təbii ki, əmək bazarının dinamik dəyişən tələblərinə uyğun olaraq növbəti illərdə ali təhsil proqramlarının davamlı təkmilləşdirilməsi, kadr potensialının inkişaf etdirilməsi və tədris infrastrukturunun daha da gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılacaq. Bütün bunlar isə yeni fakültələrin yaradılmasını, ixtisasların siyahısının yenilənməsini, yeni ixtisasların əlavə edilməsini də istisna etmir. Bu barədə müvafiq qərar qəbul ediləndə ictimaiyyətə məlumat veriləcək", - Şahin Bayramov əlavə edib.
Rektorun sözlərinə görə, dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği bütün ictimaiyyətə məlumdur və dövlət başçımızın müvafiq Sərəncamı əsasında müəyyən edilir:
"Qeyd etdiyimiz kimi, Qarabağ Universitetinə yalnız dövlət sifarişi əsasında qəbul nəzərdə tutulduğu üçün bu təqaüd bütün tələbələrimizə veriləcək. Yüksək bal toplayan tələbələrimizə əlavə təqaüd verilməsi meyarları və həmin təqaüdün məbləği barədə hazırda müzakirələr aparılır. Bu məsələyə dair müvafiq qərar qəbul edildikdən sonra əlavə məlumat veriləcək".
Digər Xəbərlər
07 Noyabr 2025 17:37
Bakıda bu məktəbə direktor təyin edildi
07 Noyabr 2025 12:34
BDU-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi” adlı tədbir keçirilib
07 Noyabr 2025 11:01
Universitetdə Zəfər təntənəsi qeyd olunub
07 Noyabr 2025 10:30
Rektor Səadət Əliyeva universitetə yüksək balla qəbul olan tələbələrlə görüşüb
05 Noyabr 2025 13:01
Azərbaycan Universitetində Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib
05 Noyabr 2025 11:48
Tələbələrin köçürülməsi 1 fevraldan başlayır? - Rəsmi açıqlama
04 Noyabr 2025 16:20
Payız tətilinin vaxtı açıqlandı
04 Noyabr 2025 12:25


Bakı -°C

