“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
“Hicablı qızların oxuduğu məktəblərdə siniflərdən çıxarılması və məktəbə buraxılmaması Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Təhsil Qanununun, ən başlıcası, vətəndaşın təhsil almaq hüququnun pozulması deməkdir”.
Adalet.az xəbər verir ki, bunu filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı deyib.
“Açığını deyim, mən də hicabın əleyhinəyəm, xüsusən məktəblilərin hicaba bürünməsi yolverilməzdir. Amma bunu hicablı şagirdləri təhsildən məhrum etməklə həyata keçirmək düzgün deyil. Valideynlər məktəbə dəvət edilməli, fərdi qaydada söhbətlər aparılmalıdır. Məktəbli formalarının zorla tətbiqi isə imkansız ailələri çətin vəziyyətdə qoyur. Təsəvvür edin, iki-üç uşağı oxuyan və 300-400 manat civarında maaş alan valideyn dəyərlərə, qələmə, alboma, çantaya çəkilən xərcləri güclə çatdırdığı halda, ondan tələb olunur ki, 200-300 manat da paltara versin. Sovet hökuməti belə eləmirdi, əksinə, imkansız ailələrin övladlarını paltarla, dərslik avadanlıqları ilə pulsuz təmin edirdi.Hayıf o gözəl təhsil sisteminə, qədrini bilmədik!”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18


Bakı -°C

