"Qarabağ" öz rekordunu yenilədi
Azərbaycan Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” matçında mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.
Adalet.az PFL-ə istinadən xəbər verir ki, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.
Bu, təkcə cari mövsümün deyil, son 4 çempionatda qeydə alınan ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/22 mövsümünə təsadüf edib. 1452 gün, təxminən 4 il əvvəl – 2022-ci aprelin 15-də “Qarabağ” “Şamaxı”nı 8 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.
Digər Xəbərlər
08 Aprel 2026 09:35
Çempionlar Liqası: "Barselona" "Atletiko"ya, PSJ "Liverpul"a qarşı
07 Aprel 2026 19:40
"Zirə" azlıqda qalan "Şamaxı"ya qalib gələ bilməyib
07 Aprel 2026 19:31
Millimiz beynəlxalq turniri 21 medalla birinci yerdə bitirdi
07 Aprel 2026 16:08


Bakı -°C

