MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR
Medianın İnkişafı Agentliyində (MEDİA) Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Rustam Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Belə ki, görüşdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək, media sahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, bu istiqamətdə qabaqcıl təcrübələrin tətbiqi, media savadlılığı və dezinformasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, informasiya mühitində keyfiyyət və etibarlılığın qorunması, eləcə də müasir çağırışlara uyğun çevik və effektiv mexanizmlərin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Rustam Ali müvafiq sahəyə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə layihələrin icrası, eləcə də saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizə məsələlərinə diqqət çəkib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və media mühitində dayanıqlı inkişafın təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.
Qazaxıstan Respublikasının xarici işlər nazirinin müşaviri Alişer Askaroviç Suleymenov bildirib ki, rəqəmsallaşma dövründə media sahəsində koordinasiyalı fəaliyyət və birgə təşəbbüslər daha dayanıqlı və təhlükəsiz informasiya mühitinin formalaşmasına xidmət edir.
O, həmçinin qarşılıqlı etimadın artırılması və ortaq kommunikasiya platformalarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Digər Xəbərlər
07 Aprel 2026 13:32
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
06 Aprel 2026 16:39
Faiq Qismətoğlu milli mətbuatın 150 illik medalını aldı
31 Mart 2026 15:15
Xarici media subyektlərinin filialının qeydiyyatına dair tələb müəyyənləşdi
30 Mart 2026 18:24
MEDİA nümayəndələri Türkiyədə Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər
28 Mart 2026 13:04
Əhməd İsmayılov Burhanettin Duranla görüşdü - FOTOLAR
27 Mart 2026 17:30
"Azərbaycan-Türkiyə Birgə Media Platforması inkişaf etdiriləcək" - Əhməd İsmayılov
27 Mart 2026 10:33
MEDİA qazi jurnalistin vəfatı ilə əlaqədar başsağlığı verib
17 Mart 2026 13:16


Bakı -°C

