adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 May 2020 15:31
58906
LAYİHƏ

Qara Yusif

(əvvəli ötən saylarımızda)

Bu fikiri təsdiqləyən başqa birfakt XV yüz ildə yaşamış şair Ənvərinin "Dəst urnamə" adlı poemasındaikinci ərəb xəlifəsi Ömər ibn əl-Xəttabın (634-644) sərkərdəsi Səd Vəqqasınyürüş zamanı bir ulu şəhərdə və onun ətrafında yüz mindən çox oğuz evləri görməsibarədə yazdığı şeir parçasıdır.

Andaqonmuşdu oğuzlar biədəd

Obalarbaşdan-başa, yox ona hədd.

Bufaktlar oğuzların Azərbaycan ərazisində VII əsrdən qabaq yaşadıqlarını göstərir.Qaraqoyunlu tayfası ilə bağlı olan etnonimlər Azərbaycanda, Şərqi Anadoluda vəİranda son dövrlərə qədər mövcuddur. Son araşdırmalar göstərir ki, AzərbaycanınGəncə, Göycay, Neftçala, Yevlax, Bərdə, İmişli, Göyçay, Cəbrayıl, Masallı Ağsu,Qubadlı, Tərtər və Goranboy və s. bölgələrində Qaraqoyunlu tayfa ittifaqınadaxil olan tayfalarla bağlı oykonimlər saxlanılmışdır.

Qaraqoyunlularınadı ilə bağlı son dövürlərə qədər Qərbi Azərbaycanda Qaraqoyunlu mahalı adı iləmövcud olmuş (hal-hazırda həmin bölgədə Tavuş və Gerkunik adlı iki rayon yerləşir).

Məlumhadisələr nəticəsində soydaşlarımızın Qərbi Azərbaycandan çıxmasından sonra həminbölgələr türksüz qalmışdır.

AzərbaycanQaraqoyunlu dövlətinin hökmdarı Cəmaləddin Qara Yusif Barani xalq arasında dahaçox "Qara Yusif" kimi tanınır. Onun Azərbaycanda Teymuri ağalığınason qoyulması və dövlətçiliyimizin bərpa edilməsində tarixi xidmətləri əvəzsizdir.Qara Yusif (1355-1420) 1389-cu ildə atası Qara Məhəmmədin öldürülməsindən sonramərkəzi Ərciş qalası olan Qaraqoyunlu tayfa birliyinə rəhbərlik etmişdir.

Möhkəmiradə sahibi olan Qara Yusif rəqiblərinin müqavimətini qırıb qaraqoyunlularınnüfuzunu daha da artırmış və bölgədə yaranmış əlverişli vəziyyətdən faydalanaraq1391-ci ildə Təbriz şəhərini ələ keçirmişdi. Bu zaman Azərbaycanda monqol mənşəliCəlairi dövləti hakimiyyətdə idi, Azərbaycanın şimal hissəsində Şirvanşahlardövləti mövcud idi. Vahid güclü dövlətin olmamasından istifadə edən feodallar əhaliyəzülm edir, bundan istifadə edən Əmir Teymur və Toxtamışın qoşunları tez-tezhücumlar edir, başda Təbriz olmaqla şəhərlər əldən-ələ keçir, əhalininmal-mülkü çapıb-talanır, taxıl sahələri, yaşayış yerləri dağıdılır, xarabalığaçevrilirdi. Belə bir şəraitdə Cəlairihökmdarı Sultan Əhmədlə Qara Yusif arasında ümumi düşmənə (Əmir Teymura) qarşıittifaq yaradaraq 1394-cü ildə Əmir Teymura qarşı çıxdılar. Bağdat ətrafındabaş verən döyüşdə Teymur qalib gəldi. Bu hadisədən sonra Qaraqoyunlu tayfaittifaqı zəifləmiş hətta dağılma təhlükəsi yaranmışdır.

Qara Yusifin səyləri nəticəsindəbu hadisənin qarşısı alınmışdır. 1400-cü ilin ortalarında Qara Yusif Osmanlısultanı Bəyazidə sığınmağa qərar verir və 8 ay Türkiyədə yaşayır.

Bu zaman Əmir TeymurunQarabağdan Osmanlı sultanına göndərdiyi məktublarda Qara Yusifin öldürülməsi, təslimedilməsi, yaxud da ölkədən çıxarılması tələb edilmişdi. Osmanlı sultanı İldırımBəyazid cavab məktubunda Teymurun bu tələblərini rədd edərək ona sığınmış birqonağın qovulmasını amansızlıq və imansızlıq kimi qiymətləndirmişdi. 1402-ciilin əvvəllərində Qara Yusif Türkiyəni tərk edərək Sultan Əhmədin Bağdadı ələkeçirməsinə yardım etmiş və Hillədə möhkəmlənmişdi. 1403-cü il iyulun sonundaQara Yusif Hillə yaxınlığında teymurilərlə döyüşdə böyük qəhrəmanlıq göstərsə də,məğlub olmuş və Suriyaya çəkilmişdi. Teymur hər ikisinin təhvil verilməsini tələbetsə də Misir hökmdarı Berqoq ona sığınanları təhvil verməmiş, lakin onunölümündən sonra hakimiyyətə gələn oğlu sultan Fərəc Teymurla münasibətlərinipisləşdirməmək üçün onları həbs etdir. 1405-ci ildə Teymurun ölüm xəbəri müttəfiqlərinazad edilməsinə səbəb olur.

Tarixçi-salnaməçi Xandəmirinyazdığına görə, bir ilin birgə dustaqlığı Qara Yusifə Sultan Əhmədi yenidənbarışığa gətirdi. Onlar əbədi dostluğa and içərək şərtləşdilər ki, azadlığaçıxdıqdan sonra Sultan Əhməd Bağdada, Qara Yusif isə Təbrizə yiyələnsin.Teymurun ölümündən sonra onların hər ikisi Azərbaycana qayıdır. Qara Yusif yolboyu Misir sərhədlərindən Fərat çayının sahillərinə qədər ərazilərdə ayrı-ayrıfeodal həmlələrini dəf edir. Van ərazisində Hilat, Muş və Xunusun hakimi MəlikŞəmsəddin onunla ittifaqa girir.

1406-cı ilin iyununda Sultan Əhmədvə Qara Yusif Bağdadı ələ keçirdikdən sonra Azərbaycanın cənubuna doğru irəlilədilər.1406-cı il iyulun sonunda Təbrizə yaxınlaşdılar. Sultan Əhməd şəhəryoxsullarını öz tərəfinə çəkməyə çalışdı.

Qara Yusiflə Sultan Əhmədinbağlaşmasından xəbəri olmayan Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycanayürüşünü qanuni hökmdarını dönüşü kimi qəbul edərək, "Məmləkət sahibsizolduğundan xalq hər kəsin tamahından əzab çəkirdi. Gəldik, mühafizə etdik, indiməmləkətin ağası təşrif edir, biz də öz evimizə gedəyin" söyləyərəkUçandan Şirvana qayıtdı.

Təbrizdə möhkəmlənən Sultan Əhmədilk növbədə Əlincə qalasının bərpa edilməsi barədə fərman verdi. Sultan vergilərinazaldılması və toplanması barədə təbrizlilərə verdiyi vədə əməl etmədi. Əksinə,daha da ciddi tədbirlər gördü. Ona görə də az sonra Teymuri Əbubəkr Mirzəninqoşunu Təbrizə yaxınlaşanda, əhali Sultan Əhmədə kömək etmədi və o, yenidənBağdada qaçdı. Lakin Əbubəkrin qoşunu Qara Yusifin qüvvələrinin öhdəsindən gələbilmədi. 1406-cı ilin payızında Təbrizin yaxınlığındakı Şənbi-QazandaQaraqoyunlu və Teymuri qoşunları qarşı-qarşıya gəlirlər.

Bu zaman Qara Yusif "Bizimşəxsi düşmənçiliyimiz üzündən bu qədər insan tələf olur; igidlik və bahadırlıqikimizin qarşı-qarşıya gələrək vuruşmasındadır" deyərək düşmən sərkərdəsi ƏbuBəkri açıq döyüşə çağırır. Lakin o bu təklifdən imtina edir.

Qaraqoyunlu qüvvələri teymuriləriməğlub edir. Əbubəkr üzərində bu ilk qələbə Qara Yusifin şöhrətini xeyliartırdı, onun sonrakı qələbələrinin müjdəçisi oldu. Əbubəkrin məğlubiyyətiatası Miranşaha ağır təsir etdi. Odur ki, 1408-ci il aprelin 21-də Sərdrud adlıyerdə Qara Yusifin qüvvələri ilə Teymurilər arasında ikinci döyüş oldu. Budöyüş də Qaraqoyunluların qələbəsi ilə başa çatdı. Miranşah öldürüldü, Teymurilərtəslim oldular. Beləliklə, Teymurilərin Azərbaycandan qovulmasındaQaraqoyunluların həlledici rolu oldu. Nəticədə Azərbaycanın cənub torpaqlarıonların hakimiyyəti altına keçdi.

(ardı gələn sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.