adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Aprel 2024 15:35
433
SİYASƏT

İsa Qəmbər yenidən başqanlığa namizəd oldu

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Müsavat Partiyasının başqanlığına yenidən namizədliyini irəli sürüb.

Adalet.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, İsa Qəmbər bu dəqiqələrdə qurultayla bağlı Təşkilat Komitəsinə ərizə təqdim edib. 

Məlumatı Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı təsdiqləyib.

Qeyd edək ki, Müsavat Partiyasının sədrlik uğrunda mübarizəsinə iki nəfər - Divan üzvü Osman Kazımov və partiya üzvü Natiq Ulubey namizədliyini irəli sürüb.