Azad edilmiş ərazilərdə aşkar edilən minaların sayı açıqlanıb
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.
Bu barədə Adalet.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Məlumata əsasən azad olunan ərazilərdə 22-28 aprel 2024-cü il tarixi ərzində 100 tank əleyhinə mina, 59 piyada əleyhinə mina, 380 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 1245 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.
Digər Xəbərlər
15 May 2024 10:08
Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək
14 May 2024 16:14İşçi Qrupunun növbəti iclası Xankəndidə keçirilib
14 May 2024 13:52ERMƏNİSTANIN ƏN BÖYÜK DÜŞMƏNİ BİZ DEYİLİK, FRANSADIR
14 May 2024 12:40Keşiş Baqrat və etirazçıların “Nemezis”i ziyarəti "qırmızı xətti" keçməkdir : VİDEO
14 May 2024 12:33