“Qara Murad” vəfat etdi: Həyatı, yaradıcılığı, fəaliyyəti...
                            Ötən gecə türk kinosunun salnaməsinə adını qızıl hərflərlə yazdırmış Cüneyt Arkın qaldırıldığı xəstəxanada vəfat edib.
Adalet.az xəbər verir ki, Azərbaycan tamaşaçısının da sevdiyi məşhur türkiyəli aktyor Cüneyt Arkın 85 yaşında dünyasını dəyişib.
Əsl adı Fəxrəddin Cürəklibatır olan Cüneyt Arkın 1937-ci ildə sentyabrın 8-də Türkiyənin Əskişəhər bölgəsində Qaraçay kəndində anadan olub. Atası Hacı Yaqub vaxtilə Atatürkün rəhbərlik etdiyi Qurtuluş Müharibəsində iştirak edib. Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alan Fərəddin 1961-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsindən məzun olub. Deyilənə görə əslən noqay türküdür.
Əskişəhərdə ehtiyat zabit olaraq hərbi xidmətdə ikən ”Şəfəq Qorumaları” filminin çəkilişləri zamanı rejissor Xalid Rafiqin diqqətini cəlb edib. Hərbi xidmətini bitirdikdən sonra Adana bölgəsində həkim kimi fəaliyyət göstərib. 1963-ci ildə "Artist" jurnalının müsabiqəsində birinci olsa da, bir müddət işsiz qalıb. 1963-ci ildə Xalid Rafiqin təklifi ilə kino aktyorluğa başlayıb və 2 il ərzində ən azı 30 filmdə çəkilib.
1964-ci ildə oynadığı “Qürbət Quşları filminin finalındakı döyüş səhnəsi Arkının karyerasında bir yüksəlişə təkan verib. Bir müddət romantik sevgili obrazlarını oynadıqdan sonra yenə Xalid Rafiqin təklifi ilə aksiyon filmlərinə yönəlib. Bu dövrdə İstanbula gedən C.Arkın “Medrano” sirkində altı ay akrobatika təhsili alıb. Burada öyrəndiklərini “Malkoçoğlu” və “Battal Qazi” filmlərində ağ pərdəyə köçürərək, Türk kinosuna yeni bir tərz gətirib. Qısa müddətdə avantür filmlərinin ən yaxşl aktyoru halına gəldi. Romantik gənc aktyor filmlərlə başladığı kino həyatını hərəkətli filmlərlə davam etdirsə də, hər obrazı yaddaqalan olub. Karyerası boyu komediya, macəra filmlərindən ictimai filmlərə qədər müxtəlif janrlarda filmlərdə çəkilib. Xüsusi ilə “Mədən” və “Vətəndaş Rza” filmləri, Cüneyt Arkınn karyerasında xüsusi yer tutur.
4-cü Qızıl Barama Film Festivalında münsiflər heyətinin ilk səsverməsində Yılmaz Güney “ən yaxşı kişi aktyor” seçilməsinə baxmayaraq ,daha sonra siyasi təzyiqlərlə bu mükafat “Yaralı Qurd” filmindəki performansına görə ikinci olan Cüneyt Arkına verilsə də, o, mükafatdan imtina edib
Cüneyt Arkın 1990-ci illərdən başlayaraq dedektiv janrda çəkilən filmlərə üstünlük verib.
Cüneyt Arnkın heç bir filmində kaskadyordan istifadə etməyib. At çapmağı, qılınc oynatmağı və “Karate”ni mükəmməl bilən aktyor bütün döyüş səhnələrində özü çəkilib və dəfələrlə ağır travmalar alıb.
Cüneyt Arkın ilk dəfə 1964-ci ildə özü kimi həkim olan Gülər Mocan ilə evlənib. 1966-ci ildə qızları Filiz anadan olub. 1968-ci ildə boşandıqdan bir il sonra Betül Cüreklibatur ilə evlənən Cüneyt Arkının evlilikdən də Kaan və Murad adlı iki oğlu var.
Qızı Filiz başqa peşəyə üz tutsa da, oğullarından Murad da seriallarda aktyorluq edir. Bir vaxt alkoqolizmdən müalicə alan Arkın, alkoqol, narkotik və gənclərin problemləri bağlı saysız-hesabsız konfranslarda iştirak edib.
Türk kinosunun canlı əfsanəsi Cüneyt Arkın ölənə qədər yaradıcılıqdan kənarda qalmayıb. Qocaman aktyor 2019-cu ildən etibarən "Diriliş Osman" serialında əsas obrazlardan birini canlandırıb.
Qeyd edək ki, aktyor bu gün dəfn ediləcək.
Əntiqə Rəşid
Digər Xəbərlər
        
        04 Noyabr 2025 11:01
    
    Zəka Vilayətoğlu - SEÇİLMİŞ MAHNILAR
        
        31 Oktyabr 2025 18:05
    
    Xalq artisti xəstəxanaya yerləşdirildi
        
        31 Oktyabr 2025 17:22
    
    “Dünyanı uşaqlara verək!”
        
        30 Oktyabr 2025 15:21
    
    Qədimdən bu günə qədər gələn Türkiyə çörək irsi - FOTOLAR
        
        30 Oktyabr 2025 08:26
    
    Leyla Əliyeva "Hirkan" filminin təqdimatında
        
        28 Oktyabr 2025 11:49
    
    Leyla Əliyeva xalçaların toxunma prosesində iştirak etdi - VİDEO
        
        27 Oktyabr 2025 14:05
    
    Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
        
        27 Oktyabr 2025 11:28
    
    

                                Bakı -°C
                            
        
        
    
            
            
            
            
            