Ərdoğan Meloni ilə müzakirə apardı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-İtaliya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə İtaliya arasında, xüsusilə müdafiə sənayesi sahəsində olmaqla, bütün istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi üçün səylərin davam etdirildiyini bildirib. O, ikitərəfli münasibətlərə yeni impuls verəcək addımların atılmasının vacibliyini vurğulayıb.
Türkiyə lideri, həmçinin ölkəsində keçiriləcək NATO Liderlər Zirvəsində müttəfiqlər arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndiriləcəyinə ümid etdiyini qeyd edib.
Digər Xəbərlər
03 Iyul 2026 22:02
Qalibaf Xameneinin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
03 Iyul 2026 21:00
Suriya Prezidenti məşhur aktrisanı deputat təyin etdi
03 Iyul 2026 18:08
Rusiyada Putinin reytinqi kəskin azaldı
03 Iyul 2026 16:02
Türkiyənin vitse-prezidentindən İran və ABŞ-a XƏBƏRDARLIQ
03 Iyul 2026 15:15
Hörmüz boğazından keçən gəmilərin sayı son həftədə 4 dəfə artıb
03 Iyul 2026 15:05
Ərdoğan Trampı razı saldı - Ankaraya səfər edəcək
03 Iyul 2026 14:37
“Xamenei ilə vidanın 4 iyulda da keçirilməsi təsadüfi deyil”
03 Iyul 2026 12:29


Bakı -°C

