adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyul 2019 16:05
16826
ƏDƏBİYYAT

Qapın açıq olsun...

"Xatirə yarpaqlarından”


Tofiq Mahmudov tanınmış mətbuat işçisi idi. Uzunmüddət AYB-nin ədəbi orqanlarında - "Ulduz”,"Azərbaycan”jurnallarında məsul katib kimi səmərəli fəaliyyətinə görə "Tərəqqi”medalı ilə də təltif olunmuşdu.”Azərbaycan” jurnalında yazılarımın çap müjdəsinio mətbu orqanının məsul katibi kimi ilk dəfə Tofiq müəllimdən eşidərdim. Əlbəttə,Tofiq müəllimin "o şad” xəbərini onunla birgə qeyd etməyi özümə "borc” bilirdimvə sonralar heç bir "xəbər”olmadan da oturub duranda bildim ki, Tofiq müəllimsadəcə olaraq səmimi dost məclislərində oturmağın, halal süfrədə "kasıbınolanından” nuş etməyin, deyib danışmağın, bununla da qəlb rahatlığı tapandostlardan biri imiş...

"Dostumun dostu mənim də dostumdur!” TofiqMahmudovun xatirəsi həmişə qəlbimdə əziz insanlardan biri olan unudulmazşairimiz Ələkbər Salamzadə ilə yaxınlığı onu mənə daha da doğmalaşdırdı, yaxınetdi.

Bizim Şabrandan Bakıya yollananda istər qış, istər yay– həmişə evdən erkən yola çıxırdım və uzaqbaşı bir saatlıq yoldan sonra özümüAYB binasına çatdırırdım. Təbii ki, iş saatının başlamasına hələ xeyli qalardıvə AYB ilə birlikdə üzbəüz bağda oturub siqaret tüstülədə-tüstülədə bilirdimki, Ələkbər Salahzadə vaxtından da tez baş redaktor kimi işə gələcək. Bəzən Ələkbərmüəllimi "Azərbaycan” jurnalının məsul katibi Tofiq Mahmudov qabaqlayırdı vədigər dostlarla görüşmək üçün onların otaqlarında, necə deyərlər, vaxtkeçirirdim.

Ələkbər müəllimin qəfil vəfatından sonra AYB ədəbiorqanları - "Azərbaycan” "Literaturni Azərbaycan”, "Qobustan”, "Ulduz” dərgilərininyerləşdiyi binanın üst qatında Tofiq müəllimin qapısı digər otaqlardan qabaqaçıq olardı .

Tofiq müəllim dostlarla məclisdə, süfrə arxasındavaxt ötürməyi, deyib danışmağı sevən oğlan idi.

Jurnalın baş redaktoru hörmətli dostumuz İntiqamQasımzadə də təkcə baş redaktor kimi deyil, öz iş yoldaşının can sağlığınınqayğısına qalan bir qələm yoldaşı kimi Tofiqi o məclislərdən uzaqlaşdırmağaçalışırdı.

Qələm dostum Novruz Nəcəfoğlunun haqqımda "Nağıladam” adlı avtobioqrafik romanı çapdan çıxmışdı. Novruz müəllim də o kitabdanbir nüsxəni Bakıya gedəcəyimi bilib mənə verərək, İntiqam müəllimə çatdırmağımıxahiş etmişdi. İntiqam müəllimi həmin gün görə bilmədiyimdən kitabı Tofiqəverib sahibinə çatdırmağı xahiş etdim. O kitabdakı epizodlardan birində jurnalınməsul katibi Tofiqin baş redaktorun gözündən oğurlanıb mənə qoşularaq "mey” məclisinəgetməyindən xoş yumorla söz açılırdı. Tofiq də, heç demə, İntiqam müəllimin okitabı oxuyub "ciddi nəzarət etdiyi” Tofiqin o hərəkətindən xəbər tutacağındanehtiyat edib uzun müddət "əmanəti” yiyəsinə çatdırmamışdı.

Bunun əvəzində jurnalda hazırladığı "Kitab rəfi”nə verilənkitabları mənə bağışlayıb əvəz etdi.

AYB-nin üst qatına, axırıncı mərtəbəyə qalxandaTofiqin də otağının qapısını da bağlı görüb onun əlindən hətta inciyirdim də:”Tofiqharda qaldı?” Axı, mən onun otağının qapısını həmişə açıq görərdim. Son illərgec-gec getdiyim AYB-də qəfil eşitdim ki, demə, Tofiq xəstə imiş, işə də çıxmırmış...

Bir gün də onun ölümündən qəzetlərdən xəbər tutdum.Tofiq müəllim dip-diri gözlərim önündə durdu. Çöhrəsindəki həmin xoş qılıq,hardasa elə həmişə dost yolu gözləyən bir intizar və təbəssümlə... Və mənə eləgəldi ki, Tofiq müəllim Allahın mələyi cənab Əzrayılı da çöhrəsindəki həmişəkiqılıq, ərklə qapısını açacaq bir dost kimi qarşılayıb...

İndi AYB-ə yolum düşəndə açıq olacağı ümüdi ilədöydüyüm bir qapı da bağlandı.

Cənnətə açılan qapın açıqolsun!..