adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 May 2018 13:15
26692
MARAQLI

Qaniçən Yelizaveta

Bütün dövrlərin ən qəddar və qaniçən insanı qadınolub! Qətllər ona inanılmaz zövq qazandırırdı. Bu qadın yüzlərlə insanı birbaşaolaraq, öz əli ilə qətlə yetirmiş və "Ən məşhur ardıcıl qətllər törədən qatil”olaraq Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bu qadının adı isəqrafinya Yelizaveta Batori (1560-1614) idi.

O uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkirdi.Bununla yanaşı, öz ağlı, üç dil bilməsi ilə seçilirdi. O Macarıstanın əntəhsilli gəlinlərindən biri idi. Yelizaveta hələ uşaq olarkən qulluqçusunu yarıcan hala salana qədər döymüşdü. Hər şeylə maraqlanan Yelizaveta böyüdükdə"bunun böyük insanlarla necə baş verdiyini” yoxlamaq qərarına gəlir.

O 14 yaşında lakeydən uşaq dünyaya gətirir. Lakintezliklə lakey və uşaq izsiz şəkildə yoxa çıxır, "rüsvay olmuş” Yelizavetanıisə tez bir zamanda əsirlərin qəddar şəkildə edam edilməsi üzrə məşhur olangeneral Ferençə ərə verirlər.

Generalın həyat yoldaşı olan Yelizaveta ailə həyatınınelə ilk günündən öz qulluqçularına işgəncə verməyə başlayır. Bununla yanaşı, oişgəncə üçün yalnızca gənc qızları seçirdi. Ola bilsin ki, Yelizaveta onlarıngözəlliklərinə həsəd aparırdı. Çünki bəzi araşdırmalar onun qeyri-ənənəvi cinsiorientasiyaya sahib olduğunu sübut edir.

Yelizavetanın istifadə etdiyi işgəncə üsulları isədırnağın altına, dodaqların kənarına və sinəyə mismar çalmaq idi. Yayda isə obala batırdığı gənc qızları qarışqalara yem edirdi. General Ferenç də özqəddarlığı ilə ad qazansa da, hətta o belə ilk başda həyat yoldaşını budəhşətləri dayandırmasına çalışırdı. Lakin Yelizaveta həyat yoldaşı ilə diltapmağı bacarır və artıq onlar bu işgəncələri birlikdə etməyə başlayırlar. Buonların ümumi zövqü idi.

Bir dəfə Yelizaveta öz qulluqçusunun üzünə zərbəendirdikdə onun burnundan qan açılır və damcı Yelizavetanın dərisinin üzərinədüşür. Bir müddət keçdikdən sonra o, qan damcısının düşdüyü yerincavanlaşdığını "aşkar edir”. Bu andan etibarən qrafinya işgəncə ilə qətləyetirdiyi gənc qızların qanı ilə duş vannası qəbul etməyə başlayır. Bunun üçünisə o yeni işgəncə üsulu kəşf etməli olur. Onun qəsrinin zirzəmisində müasirmeyvə sıxacaqlarına analoji işgəncə aləti yaradılmışdı. Bu sıxacaqlardan qanbirbaşa olaraq qrafinyanın vannasına gəlib tökülürdü. Onun canını aldığı 650qurban qrafinyanı "bütün dövrlərin ən qaniçən ardıcıl qətl törədən qatili” adınıalmasına və Ginnesin rekordlar kitabına daxil olmasına səbəb olub.