adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 May 2024 10:21
1269
KRİMİNAL

Cinayətdə şübhəli bilinən 105 nəfər saxlanıldı

4-5 may tarixlərində ölkə ərazisində qeydə alınan 119, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 70 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.