adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Aprel 2019 15:50
17510
ƏDƏBİYYAT

QANAYAN SƏDƏFLƏR - Ələsgər ƏLIOĞLU yazır

(Hekayə)

Havalanmişdi...Bəzənəl-qol açıb çıxardı ortalığa.Başlayardı oynamağa.Elə süzərdi,elə süzərdi ki,deyərdindünyanın ən xoşbəxtidi. Bəzən də saçını yolar,üzünü cırar,ah-nalə eləyərdi...

Ərdə olan üçqızının üçü də ananın düşdüyü buvəziyyətə tab gətirmirdi.Üçü də kar-kas qalmışdı...Qohum-qonşu məsləhət görürdüki,analarını aparıb psixi xəstəxanaya qoysunlar.Ancaq qızları buna qıymırdılar.

Qaçqınlıqvaxtı Sürəyya arvadın oğlunu erməni quldurları güllələmiş,sonra da üstə benzintöküb yandırmışdılar.Ana oğlunungüllələndiyini bilirdi,ancaq yandırıldığından xəbərsiz idi...

Sürəyya arvadhərdən kürəkənlərinin üstə sürhay çəkər, onların dincliyini şişə taxardı:-Utanın,ölün,yerəgirin,gözümün aman-zaman dikənəcəyi biroğlumun meyitini yağıların tapdağı altda qoyub gəldiniz... Ondan artıqdeyilsiniz ki,barı quruca cəsədini tapıb gətirin .Bəlkə onda ürəyim bir az sakitləşə...

...Qızlarınüçü də dəryanın qoynunda avarsız qalmışqayığı xatırladırdı...Bilmirdilər ki,hara üz tutsunlar, kimdən kömək umsunlar...

Axır ki,elağsaqqalı Yunis kişi Sürəyya arvadın kürəkənlərini başına yığdı:-Ay uşaqlar,atalarboş yerə deməyib ki,bala baldan şirindir.Neyləmək olar,anadır də,heç cür dözmür...Gəlinbir iş eləyin.Qayınananıza deyin ki,gedirik qaynımızın cəsədini tapıb gətirməyə. Üçünüz də iki-üç gün bir yerdədaldalanın.Sonra qayıdıb çadır düşərgəsinin qırağındakı bu təzə qəbiristanlığımızda bir qəbir kimi yer düzəldin.Qayınananıza deyin ki, qaynımızın cəsədini tapdıq,gətiribdəfn elədik.Bəlkə ondan sonra təskinlik tapa...

Kürəkənlər elağsaqqalının dediyi kimi də elədilər.İki-üç gün unanmaz bir yerdədaldalandılar.Onlar qayıdıb çadır şəhərciyinin üstdə çınqıllı-qumlu yerdə təzəcəsalınmış qəbirstanlıqda bir qəbir qazıb,üstünü də bərk-bərk örtdülər.Sonra gəldilərSürəyya arvadın yanına.Böyük kürəkənacı-acı,hüznlü bir görkəmdə,udquna-udquna dilləndi:

-Ay qayınana,axırki,istəyinə çatdın.Qaynımızın cəsədini düşmən tapdağından çıxarıb gətirdik.Üstəlik,dəfn də elədik.Daha indi sakitləş...

Sürəyya arvadonların yanına qoşulub getdi qəbir qazılmış yerə...Kürəkənlərini yenə də məhşərayağına çəkdi:

-Niyəqoymurdunuz ki, cəsədinin üzünü bir mən də görüm,hara tələsirdiniz!? Allah sizi kəssin...

Kürəkənlərin üçüdə,həyat yoldaşları da səhərigünü həyəcanla qarşıladılar.Sürəyya arvad yatağında yox idi.Çıxıb çadırşəhərciyini başdan-ayağa dolandılar.Onu bir gördüm deyən olmadı...Kürəkənlərartıq yorulub əldən düşmüşdülər.Çadırın qabağındakı kötüyün üstə təzəcə əyləşibnəfəs dərirdilər ki,bir uşaq yüyürək tərzdə onlara yaxınlaşdı və üzünü böyükkürəkənə tutub dilləndi:

-Əmi, süpürgəyığmaqdan gəlirdik.Qəbiristanlığın yanından keçəndə gördük ki, Sürəyya nənə yerə uzanıb...

Kürəkənlərcəld əyləşmiş olduqları yerdən qalxdılar.Onlar iti yerişlə uşağın göstərdiyisəmtə yaxınlaşdılar.Sürəyya arvad onların qazmış olduğu qəbrin üstə uzanıqlı vəziyyətdəqalmışdı.Əyilib qayınanalarını qaldırmaq istədilər,ancaq bədən soyuyub ağacadönmüşdü.Oğulların qazıb,sonradan üstünübərk-bərk örtdükləri qəbrin çınqıllı-qumlu torpağı tamam qırağaçıxarılmışdı...Sürəyya arvadın əlləribarmaqlarındakı qopmuş sədəflərdən süzülən al qana boyanmışdı...

SEVİŞƏN İLANLAR

(Hekayə)

Zeynəb ərini işə yola salıb və altı yaşlı oğluOrucun səhər yeməyini verdikdən sonra evdə yır-yığış elədi. Gəlib bostanda alaq çəkməyə başladı.Aradan bir azkeçər-keçməz ləkdən başını hövlank qaldırıb həyətdə oynayan oğlunu səslədi:

-Oruc,Səlim babanı cəld bura çağır!

Oruc anasınınətürpəşdirən səsindən diksinən kimi oldu.Cəld özünü çatdırdı qonşuya:

-Səlimbaba,anam bostandadır.Səni çağırır...

Səlim kişi tərəddüd içində:

-Nə olub,aybala,nə iş baş verib!?-Deyə ondan soruşdu.

-Bilmirəm...

Səlim kişiZeynəbin yanına çatanda onun çox həyəcanlı olduğunu hiss etdi:

-Nədi,ayqızım,niyə belə həyəcanlısan?..

-Səliməmi,bir ora bax,iki ilan var.Bir-birinə sarılıb...Çağırdım ki,onları öldürəsən.Özüm vurmağa qorxuram...

Səlim kişiZeynəbin şəhadət barmağı ilə göstərdiyi səmtə yaxınlaşdı.Doğrudan da iki ilanbir-birinə sarılmışdı.İlanın ikisi də sanki ətrafdakıları görmürdü.İkisi də özaləmində idi...

Zeynəb isəSəlim kişiyə ərklə:-"Nə durmusan,vur də,Səlim əmi!" deyə həyəcanlıbir tərzdə ucazdan səslənirdi.

Səlimkişi dayandığı yerə sancılıbqalmışdı.Dərin düşüncələrin ağuşunda idi.Elə bil ki,Zeynəbin hay-küyünü eşitmirdi.Axır ki,o,başını qaldırıb yönçevirdi Zeynəbə:

-Qızım,bunlarboz ilanlardır, irəmə ilanları.Sevişmək üçün buranı seçiblər.Qorxub eləmə,özləridə çıxıb gedəcəklər o görünən irəməyə...Onlarakı toxunmursan,daha nədən qorxursan!?

-Yox,yox,Səliməmi,onları öldür!.. Qorxuludurlar, məni, ya da uşaq-muşağı sancarlar!

-Qızım,beləbir məqamda mən günaha bata bilmərəm. Ağzımda deyirəm ki,ilana toxunmasan,heçzaman səni sancmaz!Amma adamlar arasındaelələri var ki,toxunmasan da,girəvə düşəndəsəni sancar,səni zəhərləyərlər!.. Belələri daha qorxuludur,dahatəhlükəlidir!..

Zeynəb nəqədər təkid etsə də,yalvarıb-yaxarsa da Səlim kişi fikrindən dönmədi və dərin düşüncələrqoynunda yavaş-yavaş bostandan aralandı...

Bir azdanilanlar da bir-birindən ayrılıb sürünə-sürünəbostandan uzaqlaşdılar...Bəbənindən hələ də qorxu hissi tam çəkilməmiş Zeynəb isə yavaş-yavaş alaqçəkirdi...