Qalib Azərbaycan gənc rəssamın rənglər dünyasında - FOTO
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin təbəsi, Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində Gənc Rəssamlar Dərnəyinin rəhbəri Aytac Vəzirovanın “Qalib Azərbaycan” adlı fərdi rəsim sərgisi keçirilib.
Adalet.az xəbər verir ki, əvvəlcə AzMİU-nun rəhbərliyi, qonaqlar və tələbələr universitetdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yaradılmış abidə kompleksinin önünə güllər düzüblər, şəhidlərin xatirələrini yad ediblər. Sonra sərginin açılış mərasimi keçirilib.
AzMİU-nun prorektoru Orxan Naqdiyev deyib ki, qələbənin, Qalib Azərbaycanın yaradıcı gənclər, rəssamlar tərəfindən təsviri, tərənnüm edilməsi milli inkişafımız baxımından böyük əhəmiyyət kəsb edir. Gənclərin qələbə əzmi və əhval-ruhiyyəsi ilə yetişməsinin önəminə diqqət çəkən Orxan Naqdiyev qeyd edib ki, AzMİU-da tələbələrin yadacıcılıq fəaliyyətinin dəstəklənməsi bundan sonra da davam etdiriləcək.
AzMİU-nun Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova Aytac Vəzirovanın fərdi sərgisini bütün fakültə üçün qürurverici uğur adlandırıb və gənc rəssamın müraciət etdiyi mövzunun əhəmiyyətinə diqqət çəkib. Zahidə Məmmədova bildirib ki, Qalib Azərbaycanın rəssam fırçası ilə təsviri bu istiqamətdə milli, vətənpərvər yaradıcılıq meyillərinin inkişafı ilə təkan verəcək.
Digər Xəbərlər
13 Mart 2026 12:40
"Bu, 50 minə yaxın müəllimin ixtisarı riskini yaradır" - Vitse-spiker
13 Mart 2026 09:25
Onlar direktor müavini təyin edildilər
12 Mart 2026 14:49
Magistratura imtahanının nəticəsi açıqlandı
12 Mart 2026 10:29
Buraxılış imtahanında 62 mindən çox şagird iştirak edəcək
11 Mart 2026 12:12
Riyaziyyat fənnindən sualllar çətin olub...
11 Mart 2026 11:53
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42


Bakı -°C

