Bu xanımlar direktor müavini təyin edildilər
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Adalet.az xəbər verir ki, Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA Universitetində “Təlim və tədrisin təşkili metodikası” ixtisası üzrə magistratura təhsilini davam etdirir. 2021-ci ildən Qobustan şəhər A. Çernyayevski adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat və rəqəmsal bacarıqlar müəllimi kimi fəaliyyət göstərib. 2025-ci ildən son təyinatadək Bakı İlahiyyat Kollecində riyaziyyat və informatika müəllimi kimi çalışıb. Rəqəmsal bacarıqların tədrisi və STEAM layihəsi üzrə bir çox təlimlərdə iştirak edib. Həmçinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən keçirilən ümumi təhsil müəssisələrinin direktor müavinlərinin işə qəbulu müsabiqəsində uğurlu nəticə göstərib.
Fatimə Məmmədova Bakı Slavyan Universitetində “Rus dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb.
Bundan əlavə, 2023–2026-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə ikinci bakalavr təhsili alıb. Bir sıra özəl təhsil müəssisələrində, həmçinin Bakı İstanbul Liseyində rus dili və ədəbiyyatı fənninin tədrisi ilə məşğul olub. Təhsilalanların inkişafının qiymətləndirilməsi, tədris proqramlarının hazırlanması və qrup idarəetməsi istiqamətlərində fəaliyyət göstərib
Digər Xəbərlər
23 Oktyabr 2026 17:45
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23 Oktyabr 2026 16:12
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
23 Oktyabr 2026 13:14
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya sahəsində təhsil almaq istəyən gəncləri konfransa dəvət edir
22 Oktyabr 2026 16:07
Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur
22 Oktyabr 2026 14:33
Azərbaycan Universiteti 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
21 Oktyabr 2026 18:21
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
21 Oktyabr 2026 09:44
Dünyanın ən qədim universitetləri - Siyahı
20 Oktyabr 2026 10:44


Bakı -°C

