300 balı sayılmayıb sonra 627-yə yüksələn - Əhməd haradadır?
Ordubad rayonu Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov 627 balla Naxçıvan Dövlət Universitetinin (NDU) “Kompüter mühəndisliyi” ixtisasına qəbul olub. Lakin diqqət çəkən əsas məqam təkcə onun yüksək bal toplaması deyil, imtahan qaydalarındakı xüsusi fürsətdən yararlanaraq əldə etdiyi nəticədir.
Adalet.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, o, aprelin 19-da keçirilən buraxılış imtahanında 300 bal toplasa da, rəsmi olaraq maksimun bal toplayan məzun kimi elan olunmamışdı. Səbəb isə abituriyentin məktəbdə tədris olunan xarici dildən fərqli bir dil üzrə imtahan verməsi idi.
DİM məsələyə aydınlıq gətirərək bildirmişdi ki, buraxılış imtahanı fənləri dedikdə tədris dili, riyaziyyat və məktəbdə tədris olunun əsas xarici dil nəzərdə tutulur:
“Hüseynov Əhməd buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə imtahan verib. O, Azərbaycan dili və riyaziyat fənlərinin hər biri üzrə 100 bal toplasa da, əsas xarici dil kimi imtahan verdiyi rus dilindən aşağı bal toplayıb.
H.Əhməd ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün buraxılış imtahanındakı xarici dili deyil, öz istədiyi xarici dili seçmək imkanından yararlanaraq ingilis dilini seçib və əlavə imtahan verməklə 100 bal toplayıb. Amma bu bal ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq”.
Qaydalara əsasən, bu bal onun universitet müsabiqəsində tam nəzərə alınıb. Beləliklə, buraxılış imtahan nəticəsinə görə, 300, blok imtahanından isə 327 toplayan Əhməd qəbul balını 627-yə yüksəldib. Abituriyent bu bal ilə arzuladığı ixtisasa qəbul olub.
Digər Xəbərlər
07 Oktyabr 2026 11:20
“Əgər dövlət sifarişli yerlər boş qalacaqdısa, niyə həmin yerlər ilk müsabiqədə...”
06 Oktyabr 2026 20:11
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
06 Oktyabr 2026 17:30
DİM sədri ali məktəblərdə boş qalmasının səbəbini açıqlandı
06 Oktyabr 2026 16:09
Onlar dövlət hesabına TƏHSİL ALACAQ
06 Oktyabr 2026 12:45
“Rəqəmsal məktəb” platforması daha 194 məktəbdə tətbiq olunacaq
05 Oktyabr 2026 17:09
ETİHİ Respublika Komitəsi müəllimlərin peşə bayramı münasibətilə rayon və şəhərlərdə tədbirlər keçirib
05 Oktyabr 2026 16:22
Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar
05 Oktyabr 2026 11:49


Bakı -°C

