Qadına qarşı quldurluq edən şəxs saxlanıldı

Masallıda qadına qarşı quldurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Masallı rayonunun Qızılağac kəndindəki evlərdən birinə daxil olan şəxsin ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb etməsi, daha sonra isə oradan uzaqlaşması ilə bağlı polisə məlumat daxil olub.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Qızılağac kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə və oğurluğa görə məhkum olunmuş İntiqam Axundov müəyyən olunaraq saxlanılıb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər Xəbərlər

1 kilometrə yaxın dəmir yolu relsini oğurlayanlar saxlanıldı

Taksiyə saxta əskinaslar verənlər İFŞA EDİLDİ - VİDEO

Beyləqanda 2 avtomat tapıldı

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanıldı

Bakıda vətəndaşlardan 38 min manatlıq qızıl-zinət oğurlayanlar saxlanıldı

Qaradağda dəmir yolu relsini oğurlayan dəstə saxlanıldı

Ağsuda xeyli sayda silah-sursat aşkarlandı
