“Qadın taleyi” rubrikası: “Əslində kənd yerində bu mümkünsüz bir şey idi, amma...”
Adalet.az “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfəki müsahibimiz Nuridədir (adı şərtidir). Nuridə indiyə kimi ailə qurmamasının səbəbini bir vaxt eşq yaşadığı bacısı ərinə görə olduğunu deyib. O, olanları belə nəql edib:
“Böyük bacım ailə qurandan sonra elə bizim küçədə ev tikib ora köçdülər. Bacımgillə evlərimiz yaxın idi, hər gün biz onlarda, onlar bizdə olurdu. Bacımın əri də tez-tez bizə gəlib-gedirdi. Elə ilk gündən bacımın əriylə münasibətlərimiz yaranmışdı, dialoqumuz çox yaxşı tuturdu. Bu söhbətlərin ömrü uzandıqca bir-birimizə daha da yaxınlaşırdıq. Bir müddət sonra bir-birimizə ürəyimizi açdıq. Əslində kənd yerində bu mümkünsüz bir şey idi, amma biz o mümkün olmayanı etdik. Görüşməyə başladıq”.
“Artıq onsuz qala bilmirdim...”
“Aramızdakı yaxınlıqdan ətrafımızdakılar da şübhələnmişdi. Bacım tez-tez mənlə dalaşıb deyirdi ki, ərimi əlimdən almısan. Evə yığışmır elə hər gün sizdədi. Sənin dəmlədiyin çayı içir, bişirdiyin yeməyi yeyir. Artıq onsuz qala bilmirdim. Hər gün yola boylanıb bizə gələcəyini gözləyirdim. Onda atam da bu münasibətdən xəbər tutdu, ailə daxilində söz-söhbətimiz oldu. Bir müddət sonra isə atam xəstəliyə düşüb öldü. Böyük risk etmişdim, bakirəliyimi bacımın əri pozmuşdu. Ondan sonra necə ailə quracaqdım, bilmirdim. Heç ailə qurmaq ağlıma da gəlmirdi. Elə alan olsaydı, otuz yaşıma kimi məni alardılar da”.
“Ondan sonra kəndimizdən bir oğlanla sevgili olduq...”
“Bir müddət sonra artıq bu münasibəti gizlətmirdim. Qonşular da, qohumlar da hər şeyi bilirdi. Amma işləmək üçün o Rusiyaya gedəndə aramız soyudu. Əvvəl-əvvəl telefonla danışırdıq. Sonra bu əlaqə də kəsildi. Sonradan özüm də bu münasibətin sona qədər davam etməyəcəyinə əmin oldum. Bacımın uşaqları böyüdü, ailə qurdular. Ondan sonra özümdən asılı olmayaraq bu münasibətdən soyudum.
Ondan sonra kəndimizdən bir oğlanla sevgili olduq. Görüşürdük və artıq ona hər şey edirdim. Məndən yaşca kiçik idi, amma mən ona, o mənə bağlanmışdı. Gözümüz heç nəyi görmürdü. Hər gün bizdəydi, anamgil də məsələdən xəbərdar idi. Fikirləşirdilər ki, ərə gedərəm. Amma oğlanın atası bu münasibətdən xəbər tutanda böyük dava düşdü. Bir günün içində oğlana başqa kənddən qız qaçırdılar. Atası öz dostunun qızını aldı oğluna. Bu sevgim də uğursuz oldu. Ondan sonra taleyimlə barışmalı oldum. Artıq heç nə gözümdə deyil. Bundan sonra istədiyim adamla görüşərəm də, danışaram da”.
Vasif Əlihüseyn
Digər Xəbərlər
29 Sentyabr 2026 09:36
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
28 Sentyabr 2026 09:44
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
28 Sentyabr 2026 09:06
Qorxulu yuxuların səbəbi
27 Sentyabr 2026 12:30
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

