Parlament Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib
Milli Məclisin payız sessiyasının ilk iclası davam edir.
Adalet.az xəbər verir ki, iclasda 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı oxunub.
Bəyanatı deputat Ramid Namazov oxuyub. O bildirib ki, xalqımızın tarixi yaddaşında xüsusi yer tutan 27 sentyabr- Anım Günü sarsılmaz milli birliyimizin rəmzi olaraq böyük mənəvi və ictimai-siyasi əhəmiyyət daşıyır:
"Bu gün Azərbaycanın əzəli torpaqlarının işğalına son qoyulmasına, tarixi ədalətin bərpasına, dövlətimizin suveren hüquqlarının onun bütün ərazilərində bərqərar olmasına gətirib çıxaran 3 illik Zəfər yürüşünün başlanğıcı olub. Azərbaycan Prezidenti tərəfindən 27 sentyabrın Anım Günü elan edilməsi dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərə dövlətin və xalqın dərin ehtiramının ifadəsidir. Milli Məclis Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsini dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını ölümcül təhülkələrə atan əsgər və zabitlərimizə minətdarlığını ifadə edir”.
Daha sonra səsverməyə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
30 Sentyabr 2026 12:01
"Bir sıra hallarda kobud qanun pozuntularına yol verilir" - Deputat
30 Sentyabr 2026 11:46
Deputat sənədsiz evlərdən danışdı
30 Sentyabr 2026 11:44
“Qadın ana olduğu üçün işdən kənarda qalmamalıdır” – Razi Nurullayev
30 Sentyabr 2026 11:41
“Bu qarşıdurmanın Ermənistandan kənarda da əks-sədası olacağı gözləniləndir”
30 Sentyabr 2026 11:40
Sosial şəbəkələrdə radikallaşmanın qarşısı alınmalıdır - Sahib Alıyev
30 Sentyabr 2026 11:37
"Həmrəylik təkcə zaldan çıxmaqla ölçülmür" - Millət vəkili
30 Sentyabr 2026 11:35
Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir - Sahibə Qafarova
30 Sentyabr 2026 11:05


Bakı -°C

