13 Sentyabr 2023 16:24
916
SAĞLAMLIQ

Psixoloq: “Qadın ərindən sevgi, qayğı görməyəndə...”

“Bu dəqiqə ölkəmizin əsas problemi evli cütlüklərin bir-biri ilə xoşbəxt olmamasıdır. Evli cütlüklərin ya bir-birini tanımadan ailə qurması, ya ailə qurmaq xatirinə ailə qurması, ya da sadəcə ailədən kənar münasibətlərə meyilli olmasını görürük”

Bunu Adalet.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova ailə münaqişələri haqda danışarkən deyib. Psixoloq münaqişələrin səbəblərini də sadalayıb:

“Nə baş verir? Ailədə qadın ərindən sevgi, qayğı, diqqət gözlədiyi halda bunu görmür. Bu, isə qadının hərəkətinə bəraət qazandırmır. Sadəcə psixoloq kimi buna münasibət bildirə bilərəm. Qadınlar bunu adətən ona görə edir ki, evdə qayğı, diqqət, sevgi görməyən bir qadın, qırağda  diqqət, sevgi, qayğı gördüyü halda o qırağa meyillənir. Kişilərin də düşüncəsi fərqlidir deyə artıq bir hamilə qadına “gəl mənimlə yaşa”” deyə bilirlər. Əvvəllər kişilərdə də baryerlər, sərhədlər, qırmızı xətlər var idi, amma indi nə kişilərdə, nə də qadınlarda əsas etibarilə bu sərhədlər yoxdur. Ona görə də artıq hamilə qadını başqa bir kişi öz evinə çağıra bilir. Hətta ona qəbullanıb onunla ailə həyatı da qura bilir. Əvvəllər belə hadisə baş verəndə biz deyirdik ki, aparacaq, səni yarı yolda buraxacaq. Amma indiki hadisələrdə görürük ki, kişilərdə də bu baryer yoxdu deyə münasibət davam edir. Kişilər və qadınlar niyə qıraqda sirdaş axtarırlar? Sualının səbəbi isə odur ki, çünki evindəkiylə nə dost, nə sevgili, nə də ailə ola bilir. Evindəki elə dırnağarası olaraq evindəki kimi qalır. Ailələrdə artıq nəfs ailəni idarə edir. Hamı küçəyə, qırağa gedir”. 

Qeyd edək ki, Bakıda başqası ilə yaşayan hamilə qadın əri tərəfindən bıçaqlanıb.

Vasif Əlihüseyn