28 Sentyabr 2023 12:54
2133
MARAQLI

Psixoloq: “…danışanda ağzından tüpürcəklər uçur”

Tanınmış psixoloq Samirə Bağırova fikirləri ilə gündəm olub.

Adalet.az  xəbər verir ki, psixoloq, yaşlı nəslin gənclərə yer verməməyindən danışıb:

“Bir məmurun qəbuluna getmişdim. Dedilər ki, hələ yatıb. İstəyirsinizsə, gözləyin. Deyirəm ki, necə yəni yatıb. İndi iş saatıdır axı. Anlayıram ki, bu insan yaşlıdır. Rejimlə yatıb-durmalıdır. Belə insanlar istəyirlər ki, yaşıdlarının arasında seçilsinlər ki, bax, hələ də bu enerjiyə sahibəm, statusum var,. Baxmayaraq ki, 80- 85 yaşım var. Ancaq bir çoxlarının heç enerjisi belə yoxdur. Az qalsın pamperslə işə gəlib- gedirlər. Onun dərisinin yaşlı qoxusu var.  Bütün bunların qətiyyəən fərqində olmurlar. Bəziləri fərqində deyil ki, danışanda ağzından tüpürcəklər uçur.Anlamırlar ki, getmək vaxtıdır.”

Əntiqə Kərimzadə