Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk

Pakistan Hindistanın hərəkətlərini müharibə elanı kimi qiymətləndirir.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd deyib.
"Mayın 6-dan 7-nə keçən gecə onlar Pakistana bir sıra bölgələrdə əsassız hücuma keçiblər. Onlar qlobal çağırışlara baxmayaraq, bunu ediblər, müstəqil və neytral istintaq çağırışına məhəl qoymayıblar”, - diplomat bildirib.
Əhməd Pakistan tərəfinin məsuliyyətli davrandığını vurğulayıb: “Biz müəyyən mərhələdə etibarlı, müstəqil və neytral araşdırma tələb etdik. Bununla belə, Hindistanın reaksiyası son dərəcə aqressiv idi".
Daimi nümayəndə Hindistanı əvvəlcədən planlaşdırılmış eskalasiyada günahlandırıb: “Bizim üçün onların istənilən vəziyyətə bu şəkildə cavab verəcəkləri açıq idi, çünki bunu keçmişdə ediblər”.
Digər Xəbərlər

Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib - FOTOLAR

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür
