QƏŞƏM ASLANOVDAN BİR ANEKDOT
Bir vaxtlar Azərbaycanın rayonlarında belə bir plakat vurulmuşdu. Qəribə bir plakat idi. Plakatda Heydər Əliyev əl çalır, Brejnev isə əllərini geniş açır, elə bil oynayır. Plakata baxan camaat da gülürdü. Həmin dövrün adamları yaxşı xatırlayır.
Heydər Əliyev plakatları görəndə tapşırır ki, təcili bunu dəyişin.
İsmayıllının memarı gəlir ki:
- Qəşəm müəllim, bəs indi bu plakatın yerinə biz nə vuraq? Heydər Əliyevin portretini, yoxsa Brejnevin portretini, çaşıb qalmışıq, nə edəcəyimizi bilmirik.
Qəşəm müəllim bir az fikirləşib deyir:
- Gedin Leninin portretini vurun.
Digər Xəbərlər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

