Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 10 oktyabr 2024-cü il tarixdə saat 10:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 108 ünvanında yerləşən Elektron imtahanlar korpusunda (https://maps.app.goo.gl/srxYzgzpmawoFJrK6) keçiriləcəkdir.
Adalet.az-ın məlumatına görə, namizədlərin nəzərinə çatdırılır ki, test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçiriləcəkdir. Ödəniş oktyabr ayının 3-də saat 09:00-dan etibarən oktyabrın 7-də saat 23:59-a qədər müddət ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə (https://exidmet.dim.gov.az/elimt/ProkurorluqTest) daxil olaraq həyata keçirilməlidir.
Namizəd "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti (https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish) vasitəsi ilə çap etməlidir.
Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və "İmtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçiriləcək və imtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsi barədə məlumat-arayış təqdim ediləcəkdir. Məlumat-arayış həm də iştirak edən namizədin şəxsi kabinetinə yüklənir.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunacaq. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) və elektron test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.
Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 02 sentyabr 2024-cü il tarixdə Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Digər Xəbərlər
29 Sentyabr 2026 14:38
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
29 Sentyabr 2026 11:09
Qarabağ Universitetinin müəllimi əxlaqsız hərəkətlərə görə həbs olundu
29 Sentyabr 2026 10:53
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
21 Sentyabr 2026 12:09
Ramiz Mehdiyevin məhkəməsi başladı - YENİLƏNİB
21 Sentyabr 2026 10:39
7 il əvvəlki cinayətin üstü açıldı - Tanışını öldürüb, meyitini su quyusuna atıbmış
21 Sentyabr 2026 09:44
Azərbaycanda yeni hüquqi platforma yaradıldı
18 Sentyabr 2026 15:25
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
15 Sentyabr 2026 11:05


Bakı -°C

