"Bu ad mənə hər gün xatırladır ki..." - Vətən Müharibəsi Qəhrəmanı
Vətən Müharibəsi Qəhrəmanı adını daşımaq mənim üçün böyük fəxr olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Çünki bu ad mənə hər gün xatırladır ki, Vətən qarşısında xidmət heç vaxt bitmir. Döyüş meydanında silahla yerinə yetirilən xidmət sonradan dövlətə, cəmiyyətə və gənc nəslə nümunə olmaq məsuliyyəti ilə davam edir.
Adalet.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Vətən Müharibəsi Qəhrəmanı, Suqovuşanın, Ağdamın və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunmuş, Müdafiə Sənayesi Nazirliyinin baş məsləhətçisi Qəzənfər Ağayev deyib.
"Bu gün Qələbəni qorumaq, güclü dövlətimizi daha da inkişaf etdirmək, gənc nəslin dövlətçilik ruhunda yetişməsinə nail olmaq hər birimizin vəzifəsidir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının gənclər siyasəti xüsusi əhəmiyyət daşıyır. Bu gün partiyanın sıralarında vətənpərvər gənclərin fəal iştirakı olduqca önəmlidir. Onlar Azərbaycanın gələcəyinə inanır, dövlətçilik ənənələrinə sadiqdir və ölkəmizin inkişafında öz məsuliyyətini dərk edirlər. Yeni Azərbaycan Partiyasının sıralarında olmaq Azərbaycanın müstəqil inkişaf yoluna, Ulu Öndərin siyasi irsinə və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa bağlılığın ifadəsidir",- deyə Vətən Müharibəsi Qəhrəmanı bildirib.
Digər Xəbərlər
02 Oktyabr 2026 14:32
“Azərbaycan İranın ən ağır günündə humanitar yardım edib...”
02 Oktyabr 2026 14:03
"Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti güclü səviyyədədir" - DTX rəsmisi
02 Oktyabr 2026 13:53
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
02 Oktyabr 2026 13:23
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirildi
02 Oktyabr 2026 13:16
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezidentdən göstəriş
02 Oktyabr 2026 12:40
“Azərsun Holdinq” ADEX 2026 sərgisində iştirak edir
02 Oktyabr 2026 12:25
Kamran Əliyev ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında
02 Oktyabr 2026 12:08


Bakı -°C

