"Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir" - General
Kibertəhlükəsizlik ekosistemində xüsusi diqqət yetirilməli məsələlərdən biri kibertəhlükəsizlik sahəsində mütəmadi testlərin keçirilməsidir.
Adalet.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüşdə çıxışı zamanı deyib.
Davud Rüstəmov bildirib ki, beynəlxalq təcrübə və qəbul edilmiş standartlar nəzərə alınmaqla, DTX-nin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzində artıq bir neçə ildir laboratoriya fəaliyyət göstərir.
“Laboratoriyada əsasən dövlət sirri təşkil edən məlumatların emal olunduğu sistemlərin təhlükəsizlik sınaqları, eləcə də kritik informasiya infrastrukturu sahəsində istifadə olunan avadanlıq və proqram təminatlarının testləri həyata keçirilir. Beynəlxalq standartların tələbləri yeni təhdidlərə uyğun olaraq daim yenilənir və bu proses mərkəz tərəfindən izlənilir”, - deyə o qeyd edib.
Mərkəzin rəisi vurğulayıb ki, kibertəhdidlərlə mübarizədə istifadə olunan avadanlıq, proqram təminatı və prosedurların təhlükəsiz mühitdə tətbiqindən əvvəl onların test edilməsi mühüm əhəmiyyət daşıyır.
“Əslində hər bir təşkilat daxilində informasiya texnologiyalarının təhlükəsizliyinin yoxlanılması üçün test laboratoriyalarının yaradılması çox effektivdir. Belə laboratoriyaların yaradılması istiqamətində Kibertəhlükəsizlik əməliyyatları mərkəzi olaraq konsultasiya və dəstək göstərə bilərik”, - deyə Davud Rüstəmov əlavə edib.
Digər Xəbərlər
02 Oktyabr 2026 15:46
Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM
02 Oktyabr 2026 14:32
“Azərbaycan İranın ən ağır günündə humanitar yardım edib...”
02 Oktyabr 2026 14:04
"Bu ad mənə hər gün xatırladır ki..." - Vətən Müharibəsi Qəhrəmanı
02 Oktyabr 2026 14:03
"Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti güclü səviyyədədir" - DTX rəsmisi
02 Oktyabr 2026 13:53
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
02 Oktyabr 2026 13:23
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirildi
02 Oktyabr 2026 13:16
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezidentdən göstəriş
02 Oktyabr 2026 12:40


Bakı -°C

