“Azərbaycan İranın ən ağır günündə humanitar yardım edib...”
“Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin İranın ali təhlükəsizlik şurasının başçısı Möhsün Rzai ilə görüşü zamanı ikincinin nümayiş etdirdiyi ədəbsizliyə SEPAH-ın haq qazandırması qəbuledilməzdir. Mənfur anti-İslam molla rejiminin nə qədər İslam, Əhli Beyt düşməni olduğu bu cür əlamətlərdə də özünü gizlətmir. Üz qəlbin aynasıdır, deyirlər”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
Onun sözlərinə görə, o qədər günah, küfr, fəsad əməllərə mürtəkib olublar ki, üzlərindən də bu hiss olunur:
“Əgər rejim özünü İslam dövləti adlandırırsa, əvvəlcə əxlaqa, ədəbə, mərifətə riayət etməlidir. Əvvəllər zahirən də olsa özlərini müsəlman göstərməyə cəhd edirdilər. İndi daha ona da əməl etmirlər. Azərbaycan İranın ən ağır günündə humanitar yardım edib, hətta müharibənin baş verməməsi üçün maksimum səylər göstərib. Namərd molla rejiminin mütəmadi xəyanətlərinə, təhdidlərinə, cinayətlərinə rəğmən qonşuluq naminə, orada yaşayan çoxmilyonlu soydaşımız naminə sərt cavab verməyib, diplomatik yollarla problemin həllinə çalışıb”.
T.İrfan deyib ki, lakin xain və İslam düşməni olan rejim Azərbaycanda dini, mədəni, mənəvi dəyərlərin inkişafını, tolerantlığı, vəhdəti heç zaman həzm edə bilməyib:
“Əlaltıları vasitəsi ilə təfriqə, ədavət salmağa, dini məzhəbləşdirməyə, siyasi alətə çevirməyə cəhd edib. Bütün ali dini, mənəvi dəyərləri təhqir edərək müqəddəs Qurana qarşı çıxan, Kəbəni vəkil qüvvələrin əli ilə hədəfə çevirən, İraq, Suriya, Livan, Yəməndə milyonlarla günahsız müsəlmanın qanını tökən, buna bais olan, müsəlman qanına batmış əl bundan başqa davranış nümayiş etdirə bilməzdi. Vəhşi mağara təfəkküründə təşəkkül tapmış, özü kimi düşünməyən hər kəsi düşmən görən qanlı rejim hətta çağırdığı İmam Mehdini də rejimin mənfur əməllərinə qarşı çıxdığına görə öldürməyə hazırdır.Qurana görə Allahın hidayət vermədiyinə heç kəs hidayət verə bilməz. Vermir də... İlahi əzabın daha şiddətli olduğuna inanmasalar da Allahın dinini xarab edib siyasi alətə çevirənlərin acı aqibətini tarixdən bilməlidirlər. Ən ağır cinayət, ən böyük günah müqəddəslik altında, dini, Əhli Beyti qalxan edərək törədilən cinayətlər, günahlardır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Oktyabr 2026 14:04
"Bu ad mənə hər gün xatırladır ki..." - Vətən Müharibəsi Qəhrəmanı
02 Oktyabr 2026 14:03
"Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti güclü səviyyədədir" - DTX rəsmisi
02 Oktyabr 2026 13:53
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
02 Oktyabr 2026 13:23
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirildi
02 Oktyabr 2026 13:16
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezidentdən göstəriş
02 Oktyabr 2026 12:40
“Azərsun Holdinq” ADEX 2026 sərgisində iştirak edir
02 Oktyabr 2026 12:25
Kamran Əliyev ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında
02 Oktyabr 2026 12:08


Bakı -°C

