adalet.az header logo
  • Bakı -°C
08 Dekabr 2025 11:51
63
SİYASƏT
A- A+

Prezidentdən Tofiq Bakıxanovla bağlı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Adalet.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".