Ceyhun Bayramov bəhreynli həmkarı ilə telefonla danışdı
2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani arasında telefon danışığı baş tutub.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Yaxın Şərq regionunda son hərbi eskalasiya, təhlükəsizlik mühitində artan gərginlik və bunun mümkün nəticələri barədə fikir mübadiləsi aparılıb.
Nazirlər bölgədə vəziyyətin sürətlə dəyişməsindən ciddi narahatlıqlarını ifadə edərək, gərginliyin daha da artmasının regional sabitlik və təhlükəsizlik üçün arzuolunmaz nəticələr doğura biləcəyini vurğulayıblar.
Söhbət zamanı deeskalasiya tədbirlərinin təxirəsalınmaz xarakter daşıdığı bildirilib, diplomatik kanalların açıq saxlanmasının, dialoq və danışıqlar prosesinin təşviq edilməsinin əhəmiyyəti qeyd olunub.
Eyni zamanda, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının, mülki əhalinin və infrastrukturun qorunmasının zəruriliyi diqqətə çatdırılıb.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

