“Bir həftədən sonra İranın nə ilə müqavimət göstərəcəyi maraqlıdır”
“İsrail və ABŞ zərəbələri qarşısında İranın hava hücumundan müdafiə qoşunları kifayət qədər zəif təəssürat bağışlayır. Amma İranın dron və raket zərbələri qismət effektivdir. Bəzi zərbələrin qeyri-dəqiq olmasını və hədəfdən kifayət qədər böyük miqyasda yayınmasını nəzərə almasaq, bəzi raketlər hədəflərinə, o cümlədən də ABŞ-nin hərbi bazalarının olduğu ölkələrin ərazisində yerləşən hədəflərə gedib çatır və müəyyən ziyanlara, dağıntılara səbəb ola bilir”.
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, Hömrüz boğazının bağlanmasının xəbərlərinin dərhal ardınca ABŞ aviasiyası intensiv bir şəkildə İranın hərbi dəniz qüvvələrinə qarşı əməliyyatlara başladı və qısa müddətdə yeddi gəminin batırıldığına dair məlumatlar əldə edildi:
“İranın hərbi siyasi rəhbərliyində 50-dən çox insanın məhv edilməsinə baxmayaraq İran öz müqavimət potensialını hələ də qoruyub saxlayır. Müharibənin ilk günündə təxminən raket potensialının iyirmi faizini istifadə edən İran, eyni intensivliklə maksimum bir həftəyə qədər ABŞ və İsrailə qarşı, o cümlədən onların yaxın Şərqdə və İran ətrafında yerləşən ölkələrdəki hərbi bazalarına zərbə imkanlarını qoruyub saxlayacaq. Bir həftədən sonra İranın nə ilə müqavimət göstərəcəyi maraqlıdır. Əgər biz “Şahid” və “Mühacir” PUA-larını nəzərə almasaq, o zaman İranın gələn həftənin sonundan sonra daha çox öz qüvvələrini qorumaq üçün hansı addımları atacağı da maraq doğurur”.
Ə.Verdiyev deyib ki, İran nə qədər tez ABŞ-nin tələblərini yerinə yetirməyə razı olsa, bir o qədər itkiləri az olacaq:
“Xatırladıram ki, hər iki tərəf mülki obyektə zərbələr endirib. Bunlardan biri Tehrandakı Qızlar məktəbi və digəri isə mülki xəstəxana olduğu bildirilir. Amma İranın zərbələri nəticəsində çoxsayda ticarət mərkəzləri, otellər və ABŞ ilə əlaqəsi olmayan digər obyektlərə də zərbələr endirib ki, bu da digər ölkələrin İrana qarşı müharibəyə qoşulması ehtimalını artırır. Həmin ölkələr də bu barədə artıq bəyanat səsləndirsələr də real olaraq döyüş əməliyyatlarında hələlik birbaşa iştirak etmirlər”.
Hərbi ekspertin sözlərinə görə, İran qonşuluqda olan bir çox ölkələri özünə düşmən etməyi bacardı:
“Halbuki həmin ölkələr öz ərazilərində ABŞ bazalarını yerləşdirməkdə əsas məqsədləri İrandakı molla rejiminin təhdidlərindən qorunmaqla birbaşa əlaqəli idi. İstənilən halda intensiv və genişmiqyaslı müharibə davam edir. Müharibəyə ABŞ yeni bombardımançı “B-2 Spirit” təyyarələrini də daxil edib. Bu müharibədə İranın qələbə qazanmaq şansı sıfra bərabərdir. Ona görə də nə qədər tez İran ABŞ şərtlərini qəbul edərsə, bir o qədər də itkilərin, dağıntıların, fəlakətlərin miqyası bir qədər də az olar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Mart 2026 15:56
Ceyhun Bayramov bəhreynli həmkarı ilə telefonla danışdı
02 Mart 2026 14:46
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
02 Mart 2026 13:47
Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşdü
02 Mart 2026 13:37
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
02 Mart 2026 13:16
Vaşinqton və Təl-Əviv zərbə vurdu, amma sonrakı mərhələ daha təhlükəlidir - Səxavət Məmməd yazır
02 Mart 2026 11:54
İran səfiri Azərbaycana təşəkkür etdi
02 Mart 2026 11:37
XİN: İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb
02 Mart 2026 11:30


Bakı -°C

